Page 182 - tomas
P. 182
as Vulf

şey deyilәm; öz hәyatımı, öz başımı hәmin adam kimi sәkiyә
çırpmaqdan, insan kütlәsinin simasız, adsız atomları arasında
qәzәbli ölümlә ağlımı itirmәkdәn başqa çıxış yolum yoxdu.

Qadın mәnә şәhәr hәyatının – zәhәrli, әxlaqsız, bәhrәsiz hә-
yatın – dәrinliklәrindә möhkәm müdafiә olunmuş kimi göründü.
Hәmin hәyat sözlәrin hәmişә nәzakәtli, yarınan, gözlәrinsә hәmişә
qoca, axmaq olduğu, iyrәnc alver tamahıyla yağlandığı, әdәbli
nifrәtlә, şöhrәtpәrәstliklә işıqlanmış әbәdi gecәnin imarәtlәrindә
yaşanır.

Bu hәyat murdardı, mәnasızdı. Nisbi zәnginliyi ilә, çürümәyә,
xәyanәtә vurğun pozğunluğuyla, boğazdan yuxarı, ürәkbulandıran
hәyasızlığıyla, yığın-yığın rәqәmlәri, saylarıyla silahlanmış halda
o qәdәr qüdrәtlidi ki, kiçik insan hәyatını şaxәlәnәn tәzyiqlә sar-
sıdır. Tәkcә qәlbin vә gәnclik ruhunun deyil, hәtta adını bilmәdiyi,
ölümündәn xәbәr tutmadığı sadә fәhlәnin cәsәdinin dә qidalandığı
bütün canlı şeylәri – ümidlәri, әzabları, vüqarı şikәst, mәhv
elәyir.

Bu kölgәlәrin, xәyalların sürüşkәn dünyasında öz nifrәtim
üçün hәdәf axtarmağa başladım, amma bacarmadım. Bir faktı da
onun dәqiq ilkin sәbәbindәn izlәyә, onu nәhs zәrurәtdәn çıxara
bilmәdim. Sözlәr, pıçıltı, gülüş, hәtta cismin xәyanәtkar dәlil-
sübutları – bu xәyanәt alәminin ucsuz-bucaqsız mәnzәrәsi
dәrkolunan deyildi, qarşımda süqutun, nifrәtin dözülmәz düyünçәsi
kimi görünüb yox olurdu.

***

Sonra – hәtta yerimdәn tәrpәnmәyә macal tapmadım – vәsvәsә
hәmişә peyda vә yox olduğu bir sehrli gözlәnilmәzliklә itib-
getdi. Adamlar yenidәn әtrafımda yaşayır, hәrәkәt elәyirdilәr.
Tәzәdәn günortaydı, mәn dә әvvәlki tәki onun sifәtini gördüm,
fikirlәşirdim ki, bu sima dünyada әn gözәl simadı, bilirdim ki,
başqa belә bir sima yoxdu.

Seyrәlәn camaatın arasından iki nәfәr cәld küçәni keçirdi,
biri o birinә asta, ciddi sәslә:

182
   177   178   179   180   181   182   183   184   185   186   187