Page 185 - tomas
P. 185
Ölüm – məğrur bacı

gözlәrini maraqla ölüyә dikdi, yaxınlaşıb birinci polis kimi,
çiynindәn itәlәyә-itәlәyә silkәlәdi, yoldaşına bir neçә kәlmә
deyib cәld uzaqlaşdı. Bir neçә dәqiqәdәn sonra daha bir polislә
qayıtdı. Hәr üçü astadan nәsә müzakirә elәmәyә başladılar. Biri
әyilib ölünün ciblәrini axtarmağa başladı, çirkli zәrf, portmanat,
lәkәli kartoçka çıxardı. Portmanatdan tapdıqlarını qeyd elәyәndәn
sonra qәddini düzәltdi, gözlәmәyә başladılar.

Mәrhum solğun görkәmli, yaşı bilinmәyәn kişiydi – amma
çox güman ki, yaşı әllidәn, bәlkә dә, әlli beşdәn artıq olardı.
Hәm dә әgәr kimsә sәki adamının tipik portretini, şәhәr atomunun
ümumilәşdirilmiş obrazını axtarsaydı, bundan yaxşı nümunә tapa
bilmәzdi. Ölәn adamın yeganә әlamәti bu idi ki, onu milyonlarla
başqa adamlardan fәrqlәndirmәk olmazdı. Sifәti gün әrzindә
şәhәr küçәlәrindә on min dәfәlәrlә gördüyün, amma sonralar
xatırlaya bilmәdiyin sifәtlәrdәn idi.

Hәmin sifәt hәlә sağlığında sarı, süst, şişkin, xәstәhal
әlamәtliydi. Hәm dә açıq-aydın, qeyd-şәrtsiz irland sifәtiydi –
şәhәrli irlandın incә, batıq, azacıq әyri sifәtiydi: ağzında hiylәgәr,
azğın, bic, iyrәnc istehza gizlәnmişdi. Onun sәrt, eyni zamanda
da alçaldılmış, öcәşkәn, yaltaq – teatrda, yaxud ucqar univermaqda
qapıçıya, ucuz çoxmәrtәbәli evdә dalandara, idarәdә gözәtçiyә,
polisin qayınatasına, sahәdә qeydiyyatçı serjantın uzaq qohumuna,
tәqaüdә çıxarılmış mәktubdaşıyana, kontor mühafizәçisinә, hәr
hansı irland xadimin qonaqlarını qarşılayıb yola salana xas olan
xırda adam görkәmi vardı. Belә görkәm hәm dә seçki günlәrindә
“bizimkilәrә” kәmali-әdәblә sәs verdiyinә, qulluğunu elәyib
dilini dinmәz saxladığına görә qabağına atılan tikәlәri qapmağa
öyrәdilmiş adamlara, üzәrlәrindә hakimiyyәt, mövqe möhürlәri
olanların, nәrildәmәyi, gәmirmәyi bacaranların qabağında itaәtkarlıq
göstәrmәkdә, quyruq bulamaqda püxtәlәşmiş adamlara xas idi.

Hәmin adamın adı legiondu, onların sayı-hesabı yoxdu. Onun
boz sifәtindә, ölü, batıq ağzında bir qәdәr әvvәlki hәyatın kölgәsi,
bir qәdәr әvvәlki danışıqların әks-sәdası yuva qurmuşdu. Mәnә
elә gәlirdi, sәsini eşidirik, tanış sәs çalarına qulaq asırıq, onun
hәr hәrәkәtini, hәr hәyat hәqiqәtini elә aydın bilirik ki, әgәr hәlә

185
   180   181   182   183   184   185   186   187   188   189   190