Page 183 - tomas
P. 183
Ölüm – məğrur bacı

– İlahi! – deyirdi. – Qız idi ki? Gördün? Az qala, düz onun
başına düşmüşdü!.. Hә dә! Bәs mәn sәnә nә deyirәm?.. Әlbәttә,
özündәn getmişdi!.. Onu hәtta mağazaya apardılar!.. İlahi! –
sözünü bitirdi. Bir saniyәdәn sonrasa asta-asta әlavә elәdi: – Sәn
bilirsәnmi ki, o hadisә hәmin evdә artıq dördüncü dәfәdi baş
verir? Eşitmәmisәn?

Sonra yanımda qırış-qırış, ifadәli, qürurlu sifәti olan, elә bil
nәzәrlәrini başqalarından gizli olan nәyәsә dikib adamların
arasından gözlәri yol çәkә-çәkә baxan kişini gördüm. O qımıldandı,
başını yavaş-yavaş çevirdi, hәşiş çәkmiş adamın sönük sәsiylә
dillәndi:

– Nә? Dördüncü? Dördüncü?
Hәrçәnd ondan nәsә soruşan yox idi. Sonra fikirli-fikirli,
yavaş-yavaş arıq әlini alnına, gözlәrinә çәkdi, yorğun-yorğun,
asta-asta köks ötürdü vә elә bil hipnozdan, güclü narkotikdәn
ayılıb inamsız halda uzaqlaşdı.
Şәhәrdә ölümü üçüncü dәfә belә görmüşdüm.

***

Hәmin üç ölümdәn – dördüncüylә müqayisәdә – yaddaşımda
daha aydın bu qaldı: ilk üç ölümün zorakılıqla baş vermәsinә
baxmayaraq, tamaşaçıların ürәyi sıxılsın, ödü ağzına gәlsin,
tüklәri biz-biz olsun deyә qorxunc, qәfil, әtürpәdәn, iyrәnc
ölümün bütün lәvazimatlarıyla tәchiz olunmasına baxmayaraq,
şәhәrlilәr ilk heyrәtdәn özlәrinә gәlib, ölümün dәlisovluğunu,
qanlı qәddarlığını, dәhşәtini gündәlik hәyatın tәbii nәticәlәrindәn
biri kimi qәbul elәyib, onun sәsinә dәrhal sәs vermişdilәr. Amma
mәn ölümü dördüncü dәfә görәndә şәhәrlilәr, heç vaxt olmamış
kimi çaşmış, qorxmuş, özlәrini itirmiş, dәhşәtә gәlmişdilәr.
Bununla belә, hәmin ölüm elә sakit, elә asan, elә tәbii baş verdi
ki, hәtta uşaq da ona qorxusuz, tәәccübsüz baxa bilәrdi.

183
   178   179   180   181   182   183   184   185   186   187   188