Page 173 - tomas
P. 173
Ölüm – məğrur bacı
– Ah, gözәl olardı! – qız vәcd dolu sәslә dillәndi. O, ciddi
halda hәrәkәtsiz bәdәnә baxırdı. – Hәddәn artıq yaxşı olardı!
Tәsәvvür elәyirsәn, özünlә kimisә aparmaq necә gözәldi!
– Hә… – cavan oğlan qeyri-müәyyәn tәrzdә dillәndi. Sonra
sәrgәrdana baxıb nәm, lıqqıltılı gülüşlә uğunaraq, hiylәgәrcәsinә
dedi. – Sәnin ümidini qırmaq istәmәzdm, amma qorxuram, dos-
tumuzu özümüzlә apara bilmәyәk. Deyәsәn, o, sabah başı
ağırlaşmış halda oyanacaq. – Sonra yenidәn tutqun ağzı gülümsә-
mәyә başladı, boğazında isә boğuq gülüş astadan lıqqıldadı.
– Dayan! – qız astadan ciyildәdi. – Tfu, әclafa bax! – tәnәylә
dillәndi. – Mәncә, sevimlidi. Mәncә, belә adamı mәclisimizә
aparmaq çox yaxşı olardı. Çox yaraşıqlıdı, – qız maraqla sәrgәrdana
baxa-baxa davam elәyirdi. – Yox, düz deyirәm.
– Neylәyәsәn, hәyat belәdi, – cavan oğlan dillәndi. – Nә
qәdәr ki ayaqları yer tuturdu, gәzirdi. – sonra xәzli boğazında
qatı laqqıltı eşidildi. – Gedәk, günahdan uzaqlaşaq, deyәsәn, sәn
onu әlә keçirmәk istәyirsәn.
Sonra hәyasız, abırsız sәslә gülә-gülә, danışa-danışa çıxıb
getdilәr.
Nәhayәt, hәkim ayağa durdu, stetoskopun borucuqlarını
qulaqlarından çıxarıb polis nәfәrinә astadan, işgüzar görkәmlә
bir neçә kәlmә dedi, o da dәftәrçәsinә nәsә yazdı. Hәkim küçәnin
qırağına çıxıb sanitar maşınının arxa bölmәsinә mindi, ayaqlarını
üzbәüzdәki oturacaqların üstünә qoyub oturaraq sürücüyә dedi:
“Vәssalam, Mayk, getdik!” Maşın yerindәn tәrpәnib tini buruldu,
zәngini cingildәdә-cingildәdә yox oldu.
Bu zaman polis nәfәri dәftәrçәsini qatlayıb cibinә qoydu,
qәfildәn bizә sarı dönüb tutqun sifәtindәki gecәyarı adamının
yorğun ifadәsiylә qollarını geniş açdı, bezgin, sәbirli tәrzdә
danışa-danışa yüngülcә itәlәmәyә başladı:
– Yaxşı, uşaqlar, tәrpәnin görәk. Gedin. Qurtardı.
Biz dә onun şәfqәt dolu yorğun әmrinә tәslim olub dağılışdıq.
Qaya parçası kimi iri ölüsә arxası üstә yıxılmışdı. Onun güc,
dәyanәt ifadә elәyәn iri sifәti dә Ayın nurlu dairәsinә qorxunc
sakitliklә, lәyaqәtlә baxırdı.
Şәhәrdә ölümü ikinci dәfә belә görmüşdüm.
173