Page 171 - tomas
P. 171
Ölüm – məğrur bacı

adamın ölümü adiydi, az qala, qabaqcadan mәlumdu: o qәdәr
adiydi ki, onlarda nә mәrhәmәt, nә kәdәr, nә tәәccüb doğururdu.
Adamlardan biri yanındakına tәrәf dönüb әminliklә vә yüngül
tәbәssümlә dedi:

– Onların hamısı ömürlәrini belә başa vururlar. Gec-tez
yolları budur. Bir dәfә eşitmәmişәm ki, başqa cür olsun.

Bu müddәt әrzindә cavan hәkim stetoskopunu gah bura, gah
ora qoyub sakitcә, diqqәtlә, amma etinasızlıqla onun ürәyinә
qulaq asırdı. Tutqun üzü çopurlu, sәrt qırışlı polis nәfәri onların
başının üstündә dayanıb, dәyәnәyini azacıq yellәdә-yellәdә,
saqqızını süst halda çeynәyә-çeynәyә soyuqqanlılıqla hәmin
sәhnәyә baxırdı. Bir neçә adam – onların arasında gecә gözәtçisi
vә tindәki köşkün qәzetsatanı da vardı – dinmәzcә durub tamaşa
edirdi. Nәhayәt, az qala, hәyasızcasına özlәrini tәhsilinә, tәminatına,
vәziyyәtinә görә yüksәk tәbәqәyә mәnsub adamlar kimi aparan,
hәrәkәtlәri vә danışıq tәrzlәriylә başqalarından seçilәn, yaxşı
geyinmiş bir oğlanla bir qız da sәrgәrdanı seyr edirdi. Bәlkә dә,
qarşılarında gәbәrmiş vәhşi heyvan uzansaydı, daha diqqәtlә,
daha mәrhәmәtlә göz qoyardılar, amma indi gülüşlәrindәn,
hәrәkәtlәrindәn, danışıqlarından elә murdar, nifrәtamiz
mәrhәmәtsizlik yağırdı ki, istәyirdim ağız-burunlarını dağıdam.

İçsәlәr dә, kefli deyildilәr. Oğlanla qızdan nәsә qәddar,
murdar bir şey hәyasızcasına tökülürdü, amma qәsddәn, qәrәzdәn
deyildi – sadәcә donuq gözlәr, yekәxanalıq, quruluq, saxtalıq,
dәb kimi әyinә geyilәn bir şey vardı. Onlarda heyrәtamiz quramalıq
duyulurdu, elә bil kitab sәhifәlәrindәn düşmüşdülәr, sanki elә
doğrudan da, yer üzәrindә tamam yeni, mәnasız, bәhrәsiz, xәstә
qәbilәydilәr. Hәmin adamlar mәhvedici yekәxanalıqlarıyla, nifrәt,
qәddarlıq havası udmağa üstünlük vermәklә, bu rәhmli cılız
varlıqlar üçün insani mәrhәmәt bәtnini köhnәlmiş bir şey kimi
kәsib çıxarmışdılar.

Onların danışığında müәmmalı, zәrif, xoşagәlәn bir şey vardı.
Qızın elәdiyi ötәri eyhamları, him-cimlәri, әdaları, incә hәrәkәtlәri
yalnız özlәri başa düşürdülәr: onda bu cür adamların arasında
hörmәtli olan sözlәr – “qәşәng”, “gözәl”, “hәddәn artıq”, “çox
gözәl” – qaba-sadә dilin bütün qәliblәriylә doluydu.

171
   166   167   168   169   170   171   172   173   174   175   176