Page 160 - tomas
P. 160
as Vulf

sevinirdilәr, kiminsә çox pis pәrt edildiyini, alçaldıldığını, mәhv
edildiyini eşidib, yaxud qәzetlәrdәn öyrәnib şadlanırdılar. Onlar
öz ürәklәrindәkini açıb demәyә, yüngüllәşdirmәyә qorxurdular –
qorxurdular ki, yaxınlarının istehzasına tuş gәlәrlәr; danışıqlarında
ehtiyatlı, kinayәli, lovğa idilәr. Onlar hissi, әqidәni veclәrinә
almır, yalnız qәrәzli yalanlar danışırdılar. Amma gecәlәr, külәyin
ulartısı altında qaranlıq yollarla ehtiraslı bağırtılar yayır, sevinclә,
qalibanә, bәrkdәn qışqırırdılar. Gecәnin qatılaşmış, ağırlaşmış
nәfәsi qar havasından xәbәr verirdi, sonrasa pәncәrәlәrә astaca
sәpәlәnә-sәpәlәnә, әbәdi addımları xışıltı içindә gizlәdә-gizlәdә
yağan qar onların qәlbinә tutqun qürur üfürür, möcüzә vәd elәyib
qanlarını soyudurdu. Hәr birinin minlәrlә gizli istәyi, arzusu
vardı: hәr biri zәnginlik, hökmranlıq, şöhrәt, sevgi istәyirdi, hәr
biri özünә qeyri-adi, qüsursuz, istedadlı görünürdü, hәr biri
qorxurdu, işdә, sevgidә rәqiblәrinә qabaqcadan nifrәt elәyirdi.
Onlar bir yerә yığışıb bir-birini baxışlarıyla külә döndәrir,
arvadlarını kürәklәriylә hiss elәdiklәri düşmәnlәrindәn, xüsusilә
bәyaz spermaset1 boynu üzәrindәki başı uğurlardan fırlanan
mәlәksifәt yaraşıqlı oğlandan qısqanclıqla qoruyurdular.

Bu qocalar cavan vaxtı әzab çәkmiş, mübarizә aparmışdılar,
indisә onlardakı hәr şey ölüb; yüngülcә, tәnbәlcәsinә, güclә
sezilәcәk tәrzdә gülә-gülә astadan söhbәt elәyir, içindә arzunun,
düşmәnçiliyin, ehtirasın öldüyü gözlәrini bir-birinin üzünә dikirlәr.

Onlarla yanaşı irisümüklü gündәymәzlәri üstündә qarıları
otururdular. Gәncliyin ağılsızlıqla, ümidlәrlә, qaynarqanlılıqla,
vurnuxmalarla birgә, kәdәri, hәyәcanı çoxdan geridә qalıb, qarıları
yalnız heydәn düşmüş canları, bir dә ölüm darıxdırır, qorxudur.
Bu – sәdaqәtli arvad, barlı-bәhәrli anadı. Bu – acgöz zinakar, bir
düjün mәşuq udmuş qadındı ki, ilk dәfә onu öz dostuyla
yaxalayanda qulaqbatırıcı vәhşi heyvan sәsiylә bağıran buynuzlu
әri dә elә buradadı. Bax bu birinin әrinә xәyanәt yolu tutmuş
arvadını ifşa elәmәk xәstәhal-xoşagәlәn irin tәsiri bağışlayırdı,

1spermaset – kaşalotun kәllә sümüyündәn çıxarılan vә әtriyyat
istehsalında istifadә olunan maddә

160
   155   156   157   158   159   160   161   162   163   164   165