Page 146 - tomas
P. 146
as Vulf

Görülmüş işlәrdәn sonra sakit, qayğılı olan körpülәr, anbarlarsa
lap suyacan yaxınlaşırlar. Nәhәng, eybәcәr körpülәr, anbarlar
özlәrindә böyük işlәrin, böyük әmәllәrin gözәlliyindәn izlәr
qoyurlar. Hәmin kәrpic әkizlәr köhnәlmirlәr, sadәcә öz vәzifәlәrini
yerinә yetirirlәr: körpülәri dәmiryol sapları bir-birinә tikir,
üzәrlәrindә nәhәng qatarlar yerlәşir. İş günlәrini başa vurublar,
indi isә yorulmuş canlı mәxluqlar kimi nәfәslәrini dәrirlәr. Onların
intizarlı dәrinliklәrindә addımlar boğuq-boğuq әks-sәda verәcәk,
tәlәsәn arabanın taqqıltısı donub-qalacaq, “Gecәniz xeyirә qalsın”
deyәn fәhlәnin sәsi qeyb olacaq – sonra gәrgin, sehrli sükut
çökәcәk.

İndi dә öz gözәlliyini, sirrini limanda torpaqla görüş üçün
qoruyub saxlayan dәniz barәdә. Öz qabarmaları, çәkilmәlәriylә
torpağın әtrini hәr tәrәfә yayan, oynaya-oynaya sürüşkәn dayaqlara
çırpılan, öz bәdәnini köpüklü su bitkilәrinin hörüyü ilә örtәn,
sahilә dor ağacının, balıqqulağı әzintisinin saf qoxusunu gәtirәn
tәrtәmiz dәniz barәdә.

Harada dәniz var, orada gәmilәr var – lixterlәr1, şxunalar2,
indi başqaları kimi dalğın-dalğın dayanan, gecәlәr Nyu Yorka
sәfәrә çıxan dümağ yaxtalar. Fәnәrlәr göz vurur, sürtülmüş mis
parıldayır, kayut-kompaniyaların işığı yanır – qaranlıq dәniz
sәthindә sevinc, dәbdәbә әlamәti, qabarmış ipәk yelkәnlәr altında
sevgi vәdidi. Bu görüntülәrdәn, bu qoxulardan әlavә dә sehrbaz
may hәlә oğlana ifadә olunmayan arzularla, ağlagәlmәz şübhәlәrlә
әziyyәt verir. O, indi çaşqın halda özünә qapılsa da, şәxsi istәk-
lәrinә, ümidlәrinә bәlәddi: bu şöhrәt, sevgi, hökm, zәnginlik, uc-
suz-bucaqsız üfüqlәr, hәr sәhәr tәzәdәn doğulan torpaq onun
bütün ehtiraslı ümidlәrinin maddi gerçәklәşmәsidi.

Şübhәsiz, Yeni İngiltәrә vәd vermәkdә xәsis deyil, amma
tәnha gecә sәyyahımız onun gizlindә qalmış sevinclәrinә hamıdan
çox – üstәlik, oğlan әslәn Cәnubdandırsa – düşkündü. Yәqin,
Şimalın gizli mahiyyәtini ancaq cәnublunun qәlbi dәrk elәmәk

1lixter – böyük gәmilәri yüklәmәk vә ya boşaltmaq üçün yastıdibli
yük qayığı
2şxuna – iki vә ya üçdorlu yelkәnli gәmi

146
   141   142   143   144   145   146   147   148   149   150   151