Page 141 - tomas
P. 141
Baskom Hokun portreti

– Salam, oğlum. Otur. Bir dәqiqәdәn sonra sәnin sәrәnca-
mındayam.

Sonra bir müddәt sükutu yalnız Brillin arakәsmә arxasından
gәlәn nәriltisi, dayımın qәlәminin asta cırıltısı, şәhәrin üzәrinә
yüksәlmiş, milyonlarla şәhәr sәslәrindәn hörülmüş, amma nәdәnsә
uzaq, ibtidai, dәrkolunmaz, hәlә aşağıda kimin sәs saldığını,
kiminsә öz ömrünü yaşayıb getdiyini hesaba almayan zamanın
daimi, boğuq uğultusu eşidilirdi.

Ya da onu tağ kimi daraqlanmış barmaqlarının üzәrindәn
sığallı sifәtindәki sakit fikir möhürüylә öz qarşısına baxan
vәziyyәtdә görürdüm. Belә dәqiqәlәrdә dayım onu xırdalayan,
alçaldan hәr şeydәn – nitqinin, әl-qol hәrәkәtinin mәnasızlığından,
yöndәmsizliyindәn, biabırçı xәsisliyindәn, boş şeylәr üstündә
әsәbilәşmәkdәn, ruhun bu sakit dalğınlığını sifәtinin, qәlbinin
qırışlarına çevirәn daha çox şeydәn uzaqlaşmış halda nәzәrә
çarpırdı. Hәmin mәqamlarda Baskomun sifәti düşüncәlәr mәkanı
idi. Bәzәn uzun-uzadı susurdu vә adama elә gәlirdi ki, dayımın
günlәrin tozunu qaldıran fikirlәri zamanın hüdudları üzәrindә
uçur.

Onu bir dәfә dә belә gördüm: fasilә verib barmaqlarını
araladı, әllәrini masanın üzәrinә qoydu, rahatlanıb bir qәdәr dә
oturdu – o vaxtacan üzümә baxmadı. Sonra dillәndi:

– İnsan nәdi, sәn onu xatırlayırsanmı?1
Yazın ilk günlәriydi; yaz bir qәdәr gecikmiş, özünü qәfildәn
yetirmişdi. Bir gecәnin içindә torpağın altından pırtlayıb çıxmış,
hava da bir qәdәr yumşaq, xoş olmuşdu.
O yazın gәlişindә qәlәbә vә müjdә vardı; yaz nәğmә oxuyur,
kәpәnәk görkәmindә gözlәrimin qarşısında titrәyirdi, amma
inanırdım ki, hәmin yaz mәnә şöhrәt, tәskinlik gәtirәcәk.
Ağlagәlmәz dәrәcәdә yemәk-içmәk istәyirdim. Faustsayağı
nadanlıq üstümә hücum çәkmişdi – mәni heç bir yemәk doydurmur,
heç bir içki yanğımı söndürmürdü. Acgöz, ağlını itirmiş vәhşi
heyvan kimi, mәrhәmәt görmәk ümidiylә çörәkçiyә yalvara-
yalvara, әtrafındakı milyonlarla adamdan tәskinlik qopara-qopara

1Zәbur kitabından (surә 8, ayә 5).

141
   136   137   138   139   140   141   142   143   144   145   146