Page 139 - tomas
P. 139
Baskom Hokun portreti
– Hә, әlbәttә, – dayım inildәyirdi. – Niyә olmasın! İstirdiyyә
hәmişә var!.. Çoxdu!..
Dul qadın tәnbәlcәsinә vaxtın gözәlliyini bәhanә gәtirib, şam
ağaclarını, palmaları, gizlindәn baxan adamları saymayıb dayımın
yanında oturdu, ayaqqabılarını, corablarını soyundu. Sonra әl-
әlә tutub çox az yerdә dizlәrindәn yuxarı qalxan dayaz suyun
içiylә getdilәr: dul qadın gövdәsiylә müvazinәtini saxlaya-saxlaya,
qorxmuş halda qarnında gülә-gülә addımlarını ehtiyatla atır,
Baskom dayısa cәsarәtlә yeriyir, inam tәlqin elәyirdi.
– Körpә, – dayım qadının әlini sıxıb deyirdi, – burada qorxulu
bir şey yoxdu. Qәtiyyәn! Siz ananızın qucağındakı kimi tәhlükәsiz
yerdәsiniz. Әmin ola bilәrsiniz! Heç şübhә yoxdu!
Dul qadın donunun әtәyini dәstәlәyib әlindә tutmuş, dümağ
baldırlarını yarıyacan açmışdı, Baskom dayısa damarları görünәn
qıçlarını açıqda qoyub, şalvarını dizindәn yuxarıyacan qatlamışdı,
suda leylәk kimi yeriyirdi. Tәxminәn gölün ortasında möhkәm
qumlu, dayaz yerә çıxdılar, orada qüruba baxa-baxa, dabanlarının
üstünә qalxa-qalxa lәngidilәr. Başları çökәn qaranlığa, tәkliyә,
hәm dә özlәrinә o qәdәr qarışdı ki, heç biri qabarmanın başladığını
sezmәdi.
Qabarma isә, axır ki, başladı. Su körfәzin qırağındakı lәpә-
döyәnsayaq qaynaya-qaynaya inamla, inadla, tәdricәn gәlirdi,
qabarma dalğaları irәli şığıyır, geri çәkilir, irәli şığıyır, geri
çәkilir, addım-addım qabağa gedirdi. Lәpәlәr Baskomun qıçlarını
xoşagәlmәz tәrzdә yalayanda aşağı baxıb, gözlәri qarşısında
ayaqlarının altındakı torpağın, az qala, әridiyini gördü.
Baskom hәyәcanla qışqırıb kömәyә çağırır, amma fәryadına
heç kәs sәs vermirdi; dayım bir qәdәr kök olan dul qadını
qucaqlayıb titrәk hәmlәylә yuxarı qaldıraraq, qorxa-qorxa suyla
addımladı. İlk addımdan su dizlәrinә, ikinci addımdan budlarının
yarısınacan çatdı, üçüncü addımdasa qışqırıb yükünü atdı. Qadın
dәrhal qurşağınacan suya batıb zingildәdi: o, dayımdan yapışıb
zingildәyirdi. Baskom da özündәn çıxıb Allaha asi olmağa
başlamışdı: sakit axşam sәmasını yumruğuyla hәdәlәyir, inanmadığı
Allahı yamanlayır, amma yanlış addımı boğazında düyünlәnirdi.
Sonra xәyallardan rәhm dilәdi, xilas üçün yalvardı. Nә dayım, nә
139