Page 115 - tomas
P. 115
Baskom Hokun portreti
yaxşıdı, ucuzdu. Çoxlu yerlәr, yeni evlәr var, lift var! Gözәldi, –
inamla deyirdi. – Sizcә, belә bir ev neçәyә olar? Ayda on beş
dollara! Düz deyirәm! – başını qürurla qaldırıb dillәnirdi.
– Çox gözәl adamlardı! – Baskom dayı dәrin inamla, hәm dә
mәmnunluqla ucadan deyirdi. – Heç bir şübhә yoxdu! – Sonra
hәddәn artıq etinasız, bomboş sәmaya vida sözlәri qışqıra-qışqıra
qonaqlarını qapıyacan ötürürdü.
Bütün bu müddәt әrzindә deyilәnlәrdәn bir söz dә anlamamış,
ümumiyyәtlә, dayımın ölçülü-biçili, әsaslı nitqini yalnız qırıq-
qırıq qavrayan bibim Luiza mәtbәxdә gülmәli tәrzdә pıqqıldaya-
pıqqıldaya öz qazanlarına, sapılcalarına baxır, qәfildәn susub
qulaq asır, sonra şәn halda, amma tәәssüflә başını bulaya-bulaya
yenidәn pıqqıldayırdı. Çünki Baskomla qırx beş illik birgә
hәyatında ağlını yavaş-yavaş, amma qarşısıalınmaz şәkildә
birdәfәlik itirmişdi, artıq doğrudanmı nәsә eşitdiyini, yoxsa uzaq
keçmişin qәfildәn unudulmuş sәslәrinin әks-sәda verdiyini nә
dәrk elәyir, nә dә bunu dәqiqlәşdirmәk istәyirdi.
Giriş qapısı gurultuyla örtülәndәn sonra Baskom çox şәxsi,
hәm dә mәhrәm düşüncәlәrә – hәmin fikirlәr elә uzaq, ona o
qәdәr yad idilәr ki, yaşadıqları ev kiçik olsa da, elә bil ayrı-ayrı
planetlәrdә yaşayırdılar – dalmış halda burnunun altında nәsә
mızıldaya-mızıldaya öz otağına gedәndә Luiza yenidәn bütün
quşsayağı görünüşüylә diqqәt kәsilir, işıqlı görkәmlә, namәlum,
lәzzәt dolu intizar içindә susurdu.
***
Tanrı Baskom vә Luizanın birliyinә dörd uşaqla xeyir-dua
vermişdi, onlar da tezliklә gen dünyada özlәrini qurban verib ailә
qurmağın, daim işlәyә-işlәyә dolanmağın, qızınmağın, geyinmәyin,
ev vә azadlıq qazanmağın çox asan olduğunu anlamış, bir-birinin
ardınca ata-ana yuvasından uçub dağılmışdılar. Hәr birinin hәyatı
özünә görә diqqәtәlayiq olsa da, burada onlardan danışmağa
ehtiyac yoxdu, çünki Baskom övladlarını unutmuşdu, övladlar
da atalarının hәyatına qarışmırdılar: onun unutmaq istedadı vardı,
kişi köhnәliyin әsil-nәsilsiz qalığıydı.
115