Page 110 - tomas
P. 110
as Vulf
Qız onu sevir, arzulayır, dua elәyir, bu dәqiqәnin intizarını
çәkirdi, hәmin an yetişәndәsә ayağa durub dillәndi:
– Mister Hok, hörmәtdәn, dәrin hissdәn xәbәr verәn tәklifinizdәn
mәmnunluq duyuram, ona mәsuliyyәtlә yanaşmağa söz verirәm.
Bayaq söylәdiyiniz sözlәrin ciddiliyini tamamilә dәrk elәyirәm.
Mister Hok, üstәlik, öz tәrәfimdәn onu da demәliyәm ki, tәklifinizi
qәbul elәyib, sizә cehizsiz gәlin kimi gәlәcәyәm, çünki mәnim
qanuni var-dövlәtimi dәlәduz – bәli-bәli, dәlәduz qәyyum –
aldadıb әlә keçirdi.
– Әziz miss Luiza! Mәnim әzizim! – Baskom iri әlini etiraz
bildirәn tәrzdә havaya qaldırıb sәslәndi. – Belә elәmәyin,
yalvarıram, maddi mәsәlәlәrin qәrarıma tәsir göstәrә bilәcәyini
ağlınıza da gәtirmәyin. Qәti! – o qışqırdı. – Qәti!
– Xoşbәxtlikdәn, – Luiza davam elәyirdi, – o әclaf mirasımın
hamısını xәrclәmәyib. Bir hissәsi, çox az bir hissәsi qalıb.
– Әzizim! Mәnim әzizim! – Baskom dayı qışqırırdı. – Bunun
qәtiyyәn әhәmiyyәti yoxdu. Cehizdәn nә qәdәr qalıb? – o
maraqlandı.
Onlar belә evlәndilәr.
Baskom dәrhal Orta Qәrbdә prixod1, yaxşı maaş vә ev tәdarük
elәdi. Sonrakı iyirmi il müddәtindә dә çoxlu mәbәd, çoxlu da
sekta dәyişdi: Bruklinә getdi, sonra Orta Qәrbә qayıtdı, hәr iki
Dakotada oldu, oradan Cersi-Sitiyә, sonra Qәrbi Massaçusetsә
yollandı, xidmәtini başladığı yerdә – Boston yaxınlığındakı kiçik
şәhәrlәrdә başa vurdu.
Dayım, şübhәsiz ki, Allahın ona tәlqin elәdiklәrini danışırdı –
bәnzәrsiz moizә deyirdi: onun üzgün sifәti kafedranın üzәrindә
od әlәyir, yetәrincә uca, heyrәtamiz dәrәcәdә çevik sәsi xırıltıyacan
dәyişirdi. Baskomun duaları Allah qarşısında sәlahiyyәtә malik
idi, hәmin sәsdә elә hәrarәtli coşqunluq vardı ki, camaat kafirliyә
yaxın olduğuna görә büzüşürdü. Bәdbәxtlikdәn, bәzәn ram
olmayan nitqi dayımı cәzalandırırdı: qızmış sәsi çatlayır, sinәsi
üstә kafedranın üzәrinә yıxılır, üzünü iri ovuclarıyla örtür,
ürәkparçalayan hönkürtüylә ağlayırdı.
1prixod – aşağı kilsә tәşkilatı, mәhәllә kilsәsi
110