Page 109 - tomas
P. 109
Baskom Hokun portreti

du. Miniatür, inadkar, yaraşıqlı, diribaş, danışığı bir azca kәskin,
nә qәdәr qәribә olsa da, cәnub lәhcәsini saxlayan bu balaca
xanım ciddiydi, xüsusi yumor hissi yox idi, quru xasiyyәti olan
pәrәstişkarına da әmәlli-başlı vurulmuşdu. Onlar iki il görüşdülәr:
konsertlәrә, mühazirәlәrә, moizәlәrә gedir, musiqi, poeziya,
fәlsәfә vә Allah barәdә danışır, ancaq sevgi haqqında kәlmә dә
kәsmirdilәr. Bir axşam Baskom onun Hantinqton-avenyudakı
pansionunun qonaq otağına gәldi, deyәcәyi sözlәrin vacibliyindәn
titrәyәn sәsiylә dillәndi:

– Miss Luiza, gün gәlir ki, ağıla, yetkinliyә çatmış kişinin
şüuru çox ciddi bir şey barәdә… bәli! Şübhәsiz, insan hәyatının
әn vacib hadisәlәrindәn biri barәdә düşünmәyә mәcburdu. Mәn
әr-arvadlığı nәzәrdә tuturam.

O susdu, buxarının üstündә saat ahәngdar tәrzdә çıqqıldayırdı,
küçәdәn nallarını taqqıldada-taqqıldada at keçib-getdi. Luiza isә
dümdüz, sarsılmaz lәyaqәt pozasında oturmuşdu, amma qıza elә
gәlirdi ki, saat onun sinәsindә çıqqıldayır, elә indicә dә dayanacaq.

– Bu qәrar Allah kәlamına xidmәt elәyәn adam üçün daha
ciddidi, – Baskom davam elәdi, – çünki o, elә vәziyyәtdәdi ki,
qәrarı qәtidi, onu qәbir evinәcәn, ölüm qapısının kandarınacan
gecә-gündüz mәtanәtlә, qeyd-şәrtsiz yerinә yetirmәlidi. Buna
görә dә qәbul olunacaq sәhv qәrar, – onun sәsi xәbәrdarlıq
pıçıltısı sәviyyәsinәcәn endi, – әn dәhşәtli nәticәlәrә sәbәb ola
bilәr. Elә bu sәbәbdәn dә, – Baskom toxtamış sәslә davam elәdi, –
belә bir addım atmağı qәrara alıb, hәmin addımın ciddiliyini
tamam dәrk elәyirәm, ruhumu tamam araşdırdım, qәlbimi sorğu-
suala çәkdim. Dağların zirvәsinә qalxıb, sәhralara enib Yaradanımla
söhbәt elәdim, buna görә dә, – sәsi iblisanә siqlәtlә doldu, –
mәndә nә bir atom şübhә, nә bir qram etimadsızlıq kölgәsi qaldı!
Miss Luiza, qәrara gәldim ki, hәr mәnada dostum, sevinc-kәdәr
yoldaşım, әn nәcib әmәllәrin ilhamvericisi, ahıl yaşlarımda
dayağım, narahat yolda ruhәn yanımda olan, ilahinin göndәrdiyi
hәr şeyi – var-dövlәt, ya kasıblıq, bәdbәxtlik, ya xoşbәxtlik dә
olsa – mәnimlә birgә daşıyan qız sizsiniz! Buna görә dә xahiş
elәyirәm ki, – asta-asta, mәnalı-mәnalı söylәdi, – mәnә arvadım
olmaq şәrәfi verin!

109
   104   105   106   107   108   109   110   111   112   113   114