Page 101 - tomas
P. 101
Baskom Hokun portreti
– Nәdi, zәncirini qırmısan? – sürücü dişlәrinin arasından
dillәnir. – Xәstәxanaya getmәk istәyirsәn?
Cavabında mister Hok әn qәzәbli qәdim peyğәmbәrlәrin
ölüm, lәnәt vәd elәyәn sitatlarını yerli-yerindә işlәdәrәk dünyanın
sonunu, mәhşәr gününü xatırladır, Molox çarxlarını, apokalipsisin
vәhşi heyvanlarını avtomobil sahiblәrinin yadına salır, onları
allı-güllü öyüd-nәsihәtlә mükafatlandırırdı.
– Yaxşı, bәsdi! – guman ki, sürücü dişlәrini qıcıdacaq. –
Nәdi, korsan? Örüşdәsәn? Siqnalları ayırd elәyә bilmirsәn?
Tәnzimlәyicinin әlini qaldırdığını görmәdin? Hәrәkәt qaydaları
var axı – xәbәrin yoxdu?
– Hәrәkәt qaydaları? – dayım sürücünün bu sözlәrini tәhqir
sanaraq nifrәtlә dillәnir.
Onun sәsi gur, aydın çıxır. Hәr cümlәni elә bil әlә sala-sala,
sözbәsöz söylәyir. Dil çoxlarının ağzında elә biabırçı şәkildә
tәhrif olunur ki, söz dәqiq mәnasından fәrqli nüanslara, çalarlara
malik olur. Belә incәliklәri dә yalnız pedantlar vә puristlәr1
bacarırlar. Pedantların vә puristlәrin mәlum tәbәqәsinin әdalı,
iyrәnc, bütün vurğulara riayәt elәyәn danışıq tәrzi dә elәdir.
– Hәrәkәt qaydaları! – o, tәkrar elәyir. Sonra gözlәrini bir
nöqtәyә dikir, kauçukaoxşar alt dodağını üst hәvә dişlәrinә sarı
qaldırır, burnunda mәcburәn, nifrәtlә gülür. – Hәrәkәt qaydaları!
Miskin qanmaz! Kәmsavad quldur! Siz mәnim yanımda – mәnim
yanımda! – danışırsınız, – sәsini kilsә minbәrindәn eşidilәcәk
sәviyyәyә qaldırır, әlini sümüklü sinәsinә vurur, özündәnrazı
hәyasıza vaxt sәrf elәyәn peyğәmbәrә mәxsus nәcib hiddәtlә
alovlanır, – hәrәkәt qaydalarından danışırsız, amma tәsadüfәn
gözünüzә dәysә, hәmin qaydaları, bәlkә dә, oxuya bilmәzsiniz.
Hәtta oxuya bilsәniz dә, – burada nifrәtamiz tәrzdә fınxırır, –
orada yazılanları başa düşmәk, – burada o, sәsinin daha bir
çalarıyla, yuxarı qaldırılmış sümüklü barmağıyla hәmin mәqamın
әhәmiyyәtini qeyd elәyir, – o qaydaların mәnasını aydınlaşdırmaq
sizlik deyil.
1pedantlar vә puristlәr – quru ehkam vә adәt-әnәnә tәrәfdarları
101