Page 97 - tomas
P. 97
Dünyanın hörümçək toru

әgәr o bir sürü köpәkbalığı, o NyuYork yәhudilәri, o bir yığın
almanpәrәst dolu kimi başımıza yağmasaydılar... başımız işlәsәydi...
tufan bizi böyrümüz üstә yıxmasaydı, Kaliforniya әrәblәri Florida
sahillәrinin yırtıcı balıqlarla dolması barәdә şayiәlәr yaymasaydılar,
hәr şey öz qaydasında olardı... әslinә qalanda, yırtıcı balıqlar
orda Şimal qütbündәkindәn çox deyildi... onlar qәsdәn bu gopu
yaydılar ki, Floridanı iflasa sürüklәsinlәr… çünki bizim inkişafımıza
laqeyd baxa bilmәdilәr... Quver dә qardaşlarıyla onların tәrәfinә
keçib, bütün bu mәrәkәni altdan-altdan qızışdırırdı… axı özlәri
dә kaliforniyalı idi!.. Bu da sәnә bütün haqq-hesab… amma kim
dә neylәsә, Florida hәmişә ucalacaq… Floridanı әzmәk olmaz!..

– Miller, – deyirәm, – banklar, hәlә ki, hәr şeyi yeyib qurtar-
mayıblar. Bәlkә dә, elә bilirlәr, hәr şeyin sonudu, amma gәl, –
deyirәm, özüm dә göz vururam ona, – bir sirr var, onu sәnә açım.
Mәnim şәhәrdәn kәnarda bir ovuc torpağım var… bunu hәlә heç
kim bilmir… işlәr xarablasa, – deyirәm, – acından ölmәyәcәyәm…
ora gedib, ürәyim istәyәni әkәcәyәm… görsәn ki, müflislәşirsәn,
sәn dә ora gәl… ac qalmazsan, әlim yüngüldü, hәr şey tәzәdәn
bitәcәk…

– Of, of, Eliza, – deyir, – gecdi. Hәr şeyi tәzәdәn başlamağa
gücümüz çatmaz, çox qocayıq.

– Yox, – deyirәm, – nә qәdәr qocalsaq da, hәlә nә isә dә
qalıb...

– Hә?.. – soruşur. – Nә?..
– Torpaq qalıb bizә, – deyirәm, – torpaq hәmişә bizә qalır.
Biz hәmişә onun üstündәyik… bizi o, xilas edәcәk… O, hәlә heç
kәsi aldatmayıb.

***

…hә, demәk, bir dә görürәm, budu ha, başılovlu qaçıb
gәlirlәr… atanla qoca hәkim Nelson… mәn dә uzanmışam, o
dәhşәtli ağrı da yandırıb-tökür mәni, az qala, dörd yerә bölür…

– Yox, әşşi, – hәkim Nelsona deyirәm, – ola bilmәz. Vaxtıma
hәlә var axı!.. Düz iki hәftә qalıb.

97
   92   93   94   95   96   97   98   99   100   101   102