Page 98 - talesiz
P. 98
İMRE KERTES

Birazdan qab-qacağın cingiltisini eşitdik vә gözlә-
diyimiz kimi, hansısa qırmızı kәrpic rәngli nataraz
qazanların ağırlığından beli bükülmüş könüllü yemәk-
paylayanlar gәlib çıxdılar. Mәsәlә burasındadır ki, bayaq-
dan hәyәtdә hamı yayılan şayiәni müzakirә edir, hәvәslә
bir-birinә ötürürdü: “Tezliklә bizә qaynar şorba verilә-
cәk!” Nә gizlәdim, mәn dә belә hesab edirdim ki, naharın
vaxtı çoxdan çatıb, hәrçәnd sifәti minnәtdarlıqla işıl-
dayan adamların xalis uşaq sevinciylә qarşıladıqları bu
xәbәrdәn bir qәdәr tәәccüblәndim: mәnә elә göründü ki,
әslindә, onlar şorbadan çox başqa şeyә sevinirlәr: bir belә
98 sürprizlәrdәn sonra şorba mәsәlәsi, ilk növbәdә, onun
şәhadәti idi ki, hәr halda, bizim qayğımıza qalırlar.
Mәnim ehtimalıma görә, bu şad xәbәr biz bura gәlib
çatanda sahibimiz, daha doğrusu, bәlәdçimiz kimi çıxış
edәn hәmin o mәhbusun işi olacaqdı. O da, bizi hamamda
qarşılayan dustaq kimi, düz әyninә biçilmiş rahat robada
idi. Ayaqlarında sarı rәngli qәşәng çәkmәlәr, başında isә
artıq gözümә qeyri-adi görünәn saçları vardı; özü dә
tünd-göy rәngli qalın mahuddan tikilmiş beret qoymuşdu
(evdә biz belәsinә “bask kepkası” deyirik). Әn başlıcası
da, qolundakı qırmızı sarğı, heç şübhәsiz, onun nüfuzuna
dәlalәt edirdi vә mәn düşünmәyә başlamışdım ki,
uşaqlıqdan beynimә saldığım “adamı adam elәyәn paltar
deyil” hәqiqәtini, görünür, yenidәn çözmәyim lazım
gәlәcәk. Bundan başqa, onun yaxasında qırmızı üçbucaq
tikilmişdi, bu da hamıya tәlqin edirdi ki, o, burada öz
milli mәnsubluğu ucbatından deyil, vur-tut fәrqli düşün-
cәsinә görәdir; şәxsәn özüm çox tezliklә buna әmin
oldum. Bu adam bizә, ola bilsin, bir az yuxarıdan aşağı
baxırdı, danışmağa o qәdәr dә meyilli deyildi, ancaq nәyi
bilmәli olduğumuzu hәr birimizә hәvәslә izah edirdi vә
onun bu xeyirxahlığında qәribә bir şey görmürdüm: belә
   93   94   95   96   97   98   99   100   101   102   103