Page 101 - talesiz
P. 101
TALESİZ

aparıb qaytardım, әvәzindә qalın çörәk dilimi aldım, 101
üstündә dә, tәxminәn, eyni böyüklükdә vә uşaq konstruk-
torundakı detala bәnzәyәn ağ kubik. Bu, yağ idi; dedilәr
marqarindir. Yemәyinә yedim, hәrçәnd ömrümdә belә
çörәk görmәmişdim: çörәk dә yağ kimi kubik forma-
sında, bir az ondan böyük idi, sanki içi çör-çöplә, dişin
arasında qalıb xırçıldayan qum-torpaqla doluydu vә qara
çirkdәn, tullantıdan bişirilmişdi. Amma, hәr halda, adı
çörәk idi, mәn dә gәldiyimiz uzun yoldan sonra bәrk
acmışdım. Bıçaq vә başqa bir vasitә olmadığından mar-
qarini çörәyin üstünә barmağımla yaydım, elә bil hansısa
Robinzon idim. Yeri gәlmişkәn, hamı belә elәyirdi. Sonra
göz gәzdirdim ki, görüm harada su içmәk olar, amma nә
qәdәr xoşagәlmәz olsa da, mәlum oldu ki, su yoxdur. İndi
neylәyәsәn, demәli, yenә qatardakı kimi susuzluqdan
alışıb-yanasıyıq.

Bu arada, özümüzdәn asılı olmayaraq, iyә dә diqqәt
yetirmәli olduq. Bu qoxunun adını tapmaq, onu müәy-
yәnlәşdirmәk çәtin idi: şirintәhәr, zәhlәtökәn, dәrman
dadı verәn vә bütün bunları özündә cәmlәşdirәn ikrah-
edici bir qoxuydu; hәtta zarafatla fikirlәşdim ki, deyәsәn,
axırda şorba nimçәsini yerә boşaltdığım kimi, yediyim
çörәk dә mәdәmdәn geri qayıdacaq. Tezliklә müәy-
yәnlәşdirdik ki, qoxunun mәnbәyi sol tәrәfdә, şosedәn
xeyli aralıda görsәnәn borudur. Başbilәnimiz onun zavod
borusu olduğunu bildirdi. Hәqiqәtәn dә, zavod borusuna
oxşayırdı, üstәlik, bir çoxlarının güman etdiyi kimi, dәri
fabrikinin borusu olduğu aşkar görünürdü. Әslindә, elә
özümün dә yadıma düşdü ki, qabaqlar hәrdәn bazar
günlәri atamla futbol matçına baxmaq üçün Uypeştә1
gedәrdik, tramvayla dәri fabrikinin yanından keçәrdik vә

1 Uypeşt – Budapeştin şimal tərəfində fəhlə rayonu
   96   97   98   99   100   101   102   103   104   105   106