Page 105 - talesiz
P. 105
ESİZ

sonra mәndә hara düşdüyümüz barәdә az vә ya çox 105
dәrәcәdә dәqiq tәsәvvür yarandı. İndi artıq dәqiq bilirdim
ki, bizimlә qatarda yol gәlәnlәr, stansiyada yük maşını
istәyәnlәr, yaşına vә ya başqa sәbәbә görә hәkimin işә
yararlı hesab etmәdiyi adamlar, hәmçinin balaca uşaqlar
vә onların anaları (hәlә görkәmindәn hamilә olduqları
bilinәn gәlәcәk anaları demirәm) bu dәqiqә orada,
üzbәüzdәki sobadaca yanmaqdadırlar. Bizә belә söylә-
dilәr. Stansiyadan onları da hamama aparmışdılar. Bizim
kimi, onlara da nömrә barәdә mәlumat verib tapşırmış-
dılar ki, öz nömrәlәrini yadda saxlasınlar; harada vә necә
çimmәli olduqlarını da başa salmışdılar. Danışırdılar ki,
onları da bәrbәrlәr gözlәmişdi, hәlә sonra bizә verilәn
sabundan onlara da paylamışdılar. Sonra onlar da su
boruları vә duşu olan yuyunma yerlәrinә keçmişdilәr,
intәhası, burada su әvәzinә onların üzәrinә qaz
buraxılmışdı. Bütün bunları mәn dәrhal deyil, az-az,
hissә-hissә öyrәnir, vaxtaşırı yeni xәbәrlәr, yeni tәfәr-
rüatlar eşidirdim. Eşitdiklәrimin bәzilәri ilә razılaşmır-
dım, bәzilәrini isә dәrhal qәbul edir vә onlara özümdәn
yeni detallar әlavә edirdim. Belәcә, eşitdim ki, qaz
kamerasına çatana qәdәr adamlarla çox nәzakәtli, meh-
riban, istiqanlı davranırlar, hәr cür xidmәt vә qayğı
göstәrirlәr, uşaqlar top-top oynayıb oxuyurlar, onları
mәhv etdiklәri yer isә әtrafı çәmәnliklә, ağaclarla,
çiçәklәrlә dövrәlәnmiş çox gözәl, tәmiz, sәliqәli yerdir.
Yәqin, buna görә ora mәndә hansısa oyun, hansısa uşaq
aldanışı kimi bir tәәssürat yaratmışdı. Әlbәttә, şәxsi
tәәssüratlarım da burada az rol oynamırdı: mәsәlәn,
yadımdaydı ki, yadda saxlanılması vacib olan asılqan vә
nömrә tryukunun kömәyi ilә bizi necә mәharәtlә barmaq-
larına dolayıb düşәrgә paltarını әynimizә geymәyә
mәcbur elәmişdilәr; yaxud qiymәtli әşyası olanları rent-
   100   101   102   103   104   105   106   107   108   109   110