Page 108 - talesiz
P. 108
İMRE KERTES

Fikirlәşmişdim ki, әgәr belәdirsә, onda gәrәk bizә
әvvәldәn-axıradәk Osvensimi öyrәtsinlәr. Özü dә gim-
naziyada bizә guya hәr şeyin doğrusunu, gerçәyini açıq
vә anlaşıqlı şәkildә öyrәtmәliydilәr. Amma bәla burasın-
dadır ki, dörd il әrzindә mәn orada bu barәdә bir kәlmә
dә eşitmәdim. Әlbәttә, razıyam, başa düşürәm ki, dәrsdә
bu elә dә münasib olmaz, yerinә düşmәzdi; hәqiqәtәn dә,
belә şeylәrın mәdәniyyәtә heç bir aidiyyәti yoxdur.
Әvәzindә indi mәn bunun bәdәlini ödәmәyә mәcburam:
öz tәhsilimdәki boşluqları mәhz burada doldurmalı
oldum. Mәsәlәn, öyrәndim ki, hazırda bizim olduğumuz
108 yer “Konzentrationslager” adlanır, yәni “konslager” –
hәbs düşәrgәsi. Ancaq mәnә izah elәdilәr ki, bu düşәr-
gәlәrin hamısı eyni cür deyil. Mәsәlәn, bizim düşәrgә
“Vernichtungslager” idi, yәni “ölüm düşәrgәsi”. Bilәnlәr
belә dedi vә әlavә elәdilәr ki, “Arbeitslager”, yәni “әmәk
düşәrgәsi” tamamilә başqa şeydir: oranın hәyatı
yüngüldür, şәrait vә qida isә buradakıyla heç müqayisәyә
belә gәlmәz. Amma bu, tәbiidir vә belә dә olmalıdır,
çünki orada mәqsәdin özü başqadır. Bax әgәr bir hadisә
baş vermәsә, biz dә belә düşәrgәyә düşmәliyik. Burada,
Osvensimdә isә – bu adı çәkәndә, adәtәn, danışan adam
ah çәkir, köks ötürürdü – hәr şey baş verә bilәr. Hәr
halda, özünü xәstә elan etmәk qәti mәslәhәt görülmür –
tәcrübәli adamlar bizi başa salmaqda davam edirdilәr.
Xәstәlәr üçün baraklar, ümumiyyәtlә, yolun o tәrәfindә,
cüt borulardan birinin әtәyindәdir (onlara öz aralarında
qısaca “әkizlәr” deyirdilәr). Әsas tәhlükә mәnbәyi çiy
sudur. Mәsәlәn, stansiyadan gәlәrkәn içdiyimiz su.
Amma mәn bunu axı haradan bilәydim? Düzdür, orada
suyun içmәli olmadığını göstәrәn lövhә vardı, bunu dan-
maq olmaz, amma mәnә elә gәlir ki, oradakı әsgәr, hәr
halda, bizi xәbәrdar etmәliydi. Vә qәfildәn yadıma düşdü
   103   104   105   106   107   108   109   110   111   112   113