Page 113 - talesiz
P. 113
ESİZ
acıqlı gördüm. Boğanaq, qaranlıq otaqda oturub uzaqdan 113
gәlәn hay-küyü dinlәyirdik. Susub diqqәtlә qulaq asmaq
bәs elәyirdi ki, o sәslәrdәki ağrı vә dәhşәti, it hürüşmәlәri
vә güllә vıyıltılarını ayırd elәyәsәn. Vә yaxud belә bir
mәnzәrә tәsәvvür elәyin: tikanlı mәftillәrin arxasından
adamlar gedir. Bizә dedilәr ki, işdәn qayıdırlar. Bir şeyә
inanmaqdan başqa çarәm qalmırdı (әslindә, mәnim
özümә dә elә gәlirdi) ki, o adamların sırayla düzülüb
daşıdığı primitiv arabalarda, doğrudan da, meyitlәr var.
Әtrafımdakıların da hamısı eyni fikri tәsdiq edirdi. Belә
hadisәlәr özlüyündә mәnim tәxәyyülüm üçün zәngin ma-
terial verirdi. Әlbәttә, bu, uzun, süst günlәri doldurmağa
bәs elәmirdi. Belәliklә, bu qәnaәtә gәldim ki, görünür,
hәtta Osvensimdә dә darıxmaq olarmış, o şәrtlә ki,
müәyyәn imtiyazlara sahib olasan.
Buhenvaldın iqlimi Osvensimdәn daha sәrindir.
Gündüzlәr hava tutqun olur, tez-tez narın yağış yağır. Bax
hәmin o qәribә intizarla birlikdә bu sıxıntı Osvensimә
yaxınlaşanda duyduğum ilk vә yeganә hiss idi.
Etiraf etmәliyәm ki, ikinci gün şorba payımı axıra
kimi yemişdim, üçüncü gün isә onu dörd gözlә göz-
lәyirdim. Ümumiyyәtlә, Osvensimdә qidalanma rejimi
qәribә idi. Sübh tezdәn adına “qәhvә” deyilәn maye kimi
bir şey gәtirirdilәr. Naharı, yәni hәmin o horranı, nә qәdәr
tәәccüblü dә olsa, erkәn, tәxminәn sәhәr saat doqquzda
verirdilәr. Sonra ta qaş qaralanadәk yemәyin sәs-sorağı
gәlmirdi. Axşam yoxlamasından әvvәl mütlәq üstünә
marqarin çәkilmiş çörәk verilirdi. Belәcә, artıq üçüncü
gün aclığın nә olduğunu anladım. Uşaqların hamısı
aclıqdan şikayәtçi idi. Bircә Tәnbәki bir dәfә dedi ki,
yalnız siqaretin yoxluğundan әziyyәt çәkir. Hәrçәnd bu
sözlәri qırıq-qırıq, ağzının qırağıyla dedi, üzündә isә
mәmnunluğa bәnzәr ifadә vardı. Onun sözlәrinin uşaq-