Page 110 - talesiz
P. 110
İMRE KERTES
çıxartdım. Getdikcә qatılaşan alatoranın mülayim hava-
sında velosipedlә sәssizcә, ağır-ağır gedәn üç nәfәr zabit
göründü. Gözәl olsa da, mәncә, hәm dә ağır mәnzәrә idi.
O an yenidәn ağlıma gәldi ki, çoxdan bәri buralarda
hәrbçi görmәmişәm. Düzdür, bununla yanaşı, hәmin
zabitlәrin şlaqbaumun o tәrәfindәn bizim blok komen-
dantının (o da papağını çıxarıb әlindә tutmuşdu) mәru-
zәsini belә hәrәkәtsiz, donuq sifәtlә, bir az da yekәxana
әdayla (onlardan biri hәtta uzunsov dәftәrçәsindә qeydlәr
dә elәdi) dinlәyib, bir kәlmә dә dinmәdәn, sadәcә
başlarını tәrpәdib, sonra yollarına davam etmәlәrinә mat
110 qalmaya bilmәzdim. Sәhәr bizi qatar yolunda qarşılayan,
bәzi mәşum gözәlliklәr kimi uzaq, әlçatmaz görünәn bu
insanların üzünә baxanda onların, qonaqpәrvәr olmasa
da, hәr halda, xeyirxah olduqlarını başa düşmәmәk
mümkün deyildi. Bu vaxt qulağıma xışıltı vә güclә
eşidilәcәk sәs gәldi. Sağımda kiminsә irәli çıxmış
sinәsini vә dik çәnәsini gördüm: bizә qurudulmuş göyәrti
haqqında danışan keçmiş hәrbi zabit idi. “Axşam
yoxlaması”, – o, demәk olar ki, dodaqlarını açmadan,
başını yüngülcә tәrpәtmәklә pıçıldadı. Sifәtindә çox
tanış, tamamilә aydın, dәrin mәna daşıyan, buna görә dә
hәr cür tәqdirәlayiq ritualı müşahidә elәyәn adamın
tәbәssümü vardı. Vә onda ilk dәfә bu yerlәrin sәmasının
rәngini gördüm, çünki qaranlıq bizi hәlә dәstәylә
gedәrkәn haqlamışdı. Misli görünmәmiş mәnzәrә idi.
Göyә qalxan alov parıltısı ilә qığılcım fәvvarәsi sәmanın
bütünlükdә sol hissәsindә әsl atәşfәşanlıq әmәlә
gәtirmişdi. “Krematorilәrdi!...” – әtrafımda hamı pıçıl-
daşır, burnunun altında mızıldanıb, tәkrar edirdi. Bütün
bu pıçıltılarda, belә deyim ki, insanın hansısa qeyri-adi
tәbiәt hadisәsinә sitayişi vardı. Sonra “Abtreten!”1 әmri
1 Abtreten! – Dağılışın! (alm.)