Page 107 - talesiz
P. 107
ESİZ

çәkmәli uşaq da, güllü yay paltarı geymiş kök xanım da, 107
qara şlyapalı qoca cәnab da, hәkimin qarşısında hırılda-
yan psixi xәstә dә. Ekspert dә yadıma düşdü: o yazıq
buna әmәlli-başlı tәәccüblәnmişdi. Rozi başını dәrdli-
dәrdli bulayıb “yazıq Moşkoviç” deyәndә hamımız
onunla hәmfikir idik. Birdәn Aradüzәldәn ucadan
sәslәndi: “Aman Allah!” Vә onun öz dilindәncә eşidәndә
hamımıza mәlum oldu ki, gümanlarımızda haqlıymışıq:
heç demә, Aradüzәldәnlә kәrpic zavodundakı qız
arasında, hәqiqәtәn dә, “hәr şey” olubmuş vә indi o,
mәsәlәnin mümkün nәticәsinin vaxt ötdükcә üzә çıxa
bilәcәyindәn әndişәyә düşmüşdü. Biz bu narahatlığın
әsaslı olması ilә razılaşırdıq; düzdür, narahatlıqdan başqa
da onun üzündә nәsә qımıldanırdı, amma nә olduğunu
hiss etmәk çәtin idi, odur ki hәmin anda uşaqlar Ara-
düzәldәnә hәtta bir qәdәr hәssas yanaşırdılar vә mәn
bunu başa düşürdüm.

Hәmin o birinci gün mәni bir mәsәlә dә düşünmәyә
vadar elәdi: bizә mәlum oldu ki, bu yer, bu müәssisә bu-
rada artıq bir neçә ildir fәaliyyәtdәdir. Hәrçәnd bilirdim
ki, burada bir az şişirtmә var, bununla belә, sanki bu yer
mәnim yolumu gözlәmәk üçün durmuşdu. Hәr halda,
çoxları bir qәdәr qorxu qarışıq hörmәtlә xatırlayırdılar ki,
bizim blokun komendantı burada düz dörd ildir yaşayır.
Yadıma düşdü ki, düz dörd il qabaq mәnim hәyatımda
әlamәtdar hadisә baş verib: gimnaziyaya qәbul edil-
mişәm. Tәdris ilinin tәntәnәli açılışı yaxşı yadımdadır:
tünd-göy rәngli venqerkada özüm dә oradaydım. Zahiri
görkәmindәn zabitә yağan direktorun (böyük rәisә
oxşayan o adam indiki kimi gözümün qabağındadır:
qәşәng ağ bığlar, gözündә dә pensne) sözlәrini dә xatır-
layıram. Nitqinin sonunda, yadımdadır ki, hansısa qәdim
müdrikdәn sitat gәtirdi: “Non scolae sed vitae discimus”,
yәni: “Mәktәb üçün yox, hәyat üçün oxuyuruq”.
   102   103   104   105   106   107   108   109   110   111   112