Page 106 - talesiz
P. 106
İMRE KERTES
gen nağılıyla uşaq kimi necә dә qorxudub aldatmışdılar.
Әlbәttә, başa düşürdüm ki, başqa üzdәn baxanda
bütün bunlar heç dә zarafat kimi görsәnmir: belә demәk
mümkünsә, axı son nәticәni mәn öz gözümlә görә
bilәrdim, әn başlıcası da, sakitlәşmәk bilmәyәn mәdәmlә
bunu hiss edә bilәrdim; amma neylәyәsәn ki, lap bu,
mәnә mәzәli görünmәsә dә, hәr halda, oyun kimi gәlirdi
vә özlüyündә (hәr halda, mәnә belә görünürdü) çәtin ki,
әslindә, baş verәnlәrdәn fәrqlәnmiş olaydı. Belә baxanda,
әvvәl-axır, yәqin, elә bu cür dә olmalıydı: hansısa
adamlar, tәbii ki, uşaqlar, mәktәblilәr deyil, yaşlı adamlar,
106 ola bilsin, hәtta damağında siqar, yaxasında orden olan
bahalı kostyumlu sanballı cәnablar, yәni böyük rәislәr
masa arxasında әylәşib bir-birinә sarı әyilәndә heç kәs
onlara mane olmalı deyil – bunu özlüyümdә belә tәsәv-
vür edirdim. Demәli, onlar әylәşiblәr vә birdәn hansı-
nınsa ağlına bir fikir gәlir. Deyәk ki, birinin ağlına – qaz,
birinin ağlına – hamam, üçüncüsünün ağlına – bir tikә
sabun, dördüncüsünün ağlına – hamamın böyründәki gül
lәkini dağıtmaq vә sair. Bәzi ideyaları, ola bilsin, bir az
çox müzakirә edirlәr; nәyisә dәqiqlәşdirir, nәyisә әlavә
edirlәr. Bәzi ideyaları isә dәrhal qәbul edir vә sevinclә
yerlәrindәn sıçrayıb qalxaraq (nәsә bu “sevinclә
yerlәrindәn sıçrayıb qalxmaq” ifadәsindәn vaz keçә
bilmirәm) bir-birinin çiyninә vururlar. Bütün bunları
tәsәvvürümdә canlandırmaq mәnә çox maraqlı görsә-
nirdi. İşin icrasına xeyli çalışqan әl qatılandan, xeyli
zәhmәt çәkilib tәr tökülәndәn sonra böyük rәislәrin
fantaziyaları reallığa çevrilir, gerçәklәşir; zәrrә qәdәr
şübhә yoxdur ki – bunu görmәyә bilmәzdim – bu niyyәt
uğurla hәyata keçirilәcәk. Bunu hamısı tәsdiq edә bilәr
(әgәr bacarsalar): dinc dayanması üçün oğlunun dilә
tutduğu stansiyadakı qarı da, ağbәniz anası olan ağ