Page 103 - talesiz
P. 103
ESİZ

eşidilirdi. “Bәs onda xәstәlәr neylәyir?” “Ölürlәr”. “Bәs 103
ölәndә?” “Ölәndә cәsәdlәrini yandırırlar”. Nә şәkildә
aydınlaşmasını dәqiq deyә bilmәrәm, amma yavaş-yavaş
bәlli olurdu ki, uzaqda görsәnәn boru heç dә dәri fab-
rikinin mövcudluğuna dәlalәt etmir; ora, әslindә, “kre-
matori”dir, yәni meyitlәrin yandırılması üçün sobadır –
bu sözün mәnasını mәnә belә izah etdilәr. Onda mәn
boruya lap diqqәtlә baxdım: alçaq, yastı, çәpәki dayanmış
bir şeydi, enli dә dәliyi vardı, elә bil yuxarısını bir zәrbә
ilә kәsib-qopartmışdılar. Deyim ki, bunu öyrәnәndәn
sonra da mәn hәr yeri bürüyәn vә heç cür çәkilmәk
bilmәyәn bataqlıq kimi murdar qoxudan savayı, xüsusi
nәsә hiss etmirdim. Әvәzindә bir az o tәrәfdә hәr baxanda
heyrәtlәndiyimiz daha birini, sonra daha birini, sonra lap
uzaqda eyni cür daha birini gördük; tәzә gördüklәri-
mizdәn ikisi bizimki kimi qalın tüstü üfürürdü vә solğun
çәmәnliklә ayrılmış yerdәn göyә qalxan tüstü topasına
şübhә ilә baxanlar, yәqin, haqlıydılar; mәncә, bu, onlarda
tamamilә tәbii olan bir sual yaradırdı ki, әgәr burada bir
belә meyit varsa, doğrudanmı, epidemiya bu qәdәr ayaq
açıb?

Bunu deyә bilәrәm ki, hәlә birinci günün axşamı
olmamışdı, mәnsә, demәk olar, artıq hәr şeyi bilirdim.
Düzdür, bu müddәtdә biz ayaqyolu kimi istifadә edilәn
barakda da olmuşduq. Ora da anbara, әl damına oxşa-
yırdı. İçәrini gözdәn keçirmәyә bizә vaxt vermәdilәr:
qapıda zәhmli, qaşqabaqlı bir dustaq peyda oldu; qolunda
qara sarğısı, әlindә ağır zopası vardı – işini görüb qur-
tardın, ya qurtarmadın, gәrәk tez çıxaydın. Orada daha
iki dustaq da gözә dәyirdi: onlar daha mülayim davranır,
hәr şeyi hәvәslә izah edirdilәr. Blok komendantının
rәhbәrliyi altında ora gedib, geri qayıdınca kifayәt qәdәr
uzun bir mәsafә qәt elәdik; әvәzindә bu yol maraqlı bir
   98   99   100   101   102   103   104   105   106   107   108