Page 100 - talesiz
P. 100
İMRE KERTES
olar”, – dedi. Bu vaxt arxadan kiminsә şәn, gümrah sәsi
gәldi. Deyirdi ki, bu, şorba deyil, “Dörrgemüse”dir.1
Baxdım ki, çox da cavan olmayan cantaraq bir mәhbus-
dur; bığ yerinә tәzәcә ülgüc dәymişdi, gözlәrindә
xeyirxah bir ifadә vardı. Yanında bizim uşaqlardan bir
neçәsi dayanıb, nimçәlәri әllәrindә iyrәnә-iyrәnә tutmuş-
dular. Dustaq onlara başa salırdı ki, әvvәlki dünya
müharibәsindә iştirak edib, özü dә zabit rütbәsindә. “Bu
şeylәrin cikini-bikini öyrәnmәyә mәnim bәs deyincә
vaxtım olub. Özü dә bir başqa yerdә yox, cәbhәdә, sәn-
gәrlәrdә, o vaxtlar çiyin-çiyinә döyüşdüyümüz alman-
100 ların arasında”.
Onun sözlәrinә görә, bu şorba “qurudulmuş göyәr-
tinin qaynadılmasından” özgә bir şey deyil. Bilәn adam-
lar kimi, eyni zamanda bir qәdәr rişxәndlә әlavә etdi ki,
әlbәttә, bu, çox da münasib yemәk deyil, amma bu cür
qidaya öyrәşmәk mümkündür, hәtta belә hesab edir ki,
lazımdır, çünki tәrkibindә kifayәt qәdәr “qida vasitәsi vә
vitaminlәr” var, özü dә qurutma üsulu ilә tәmin edilir; al-
manlar isә belә işlәrin ustasıdır. “Vә ümumiyyәtlә, – o,
tәbәssümlә bildirdi, – yaxşı әsgәrin birinci işi odur ki, nә
verirlәrsә, yesin, çünki sabah vermәyә dә bilәrlәr”. Sonra
da sanki dediklәrini tәsdiq edirmiş kimi, üz-gözünü bir
dәfә dә turşutmadan öz payını sakitcә, axıracan yedi.
Mәnsә Dabbaqla şәrikli nimçәmizi barakın böyrünә,
torpağın üstünә әndәrmişdim; yaşlılardan, hәmçinin
bizim uşaqlardan bir neçәsi dә bu cür elәmişdi. Şorbanı
yerә boşaldandan sonra bir az karıxdım, belә ki, bizim
başbilәnin uzaqdan üzümә zillәnmiş baxışları mәni nara-
hat elәdi: görәsәn, buna görә bizә hirslәnmәz ki? Amma
bir dә baxanda onun üzündә hәmin özünәmәxsus ifadәni,
mәnә tanış olan anlaşılmaz tәbәssümü gördüm. Boşqabı
1 Dörrgemüse – qurudulmuş göyərti (alm.)