Page 95 - talesiz
P. 95
TALESİZ 95
dәymәz. Şalvar әynimә böyük idi, tәrslikdәn, kәmәri-
filanı da yox idi; ona görә dә mәcbur qaldım ki, belini
necә gәldi düyünlәyib daraldım. O ki qaldı ayağıma
taxdığım çәkmәlәrә – qabaqcadan ağlagәlmәz bir mәsәlә
ortaya çıxdı, mәlum oldu ki, taxta altlıq qatlanmır.
Kepkanı yalnız әlimi boşaltmaq üçün başıma qoydum.
Uşaqlar da hazır idi. Bir-birimizә baxıb bilmirdik sevi-
nәk, yoxsa heyrәtlәnәk. Yeri gәlmişkәn, heç birinә vax-
tımız yox idi: biz tәzәdәn açıq havaya çıxmışdıq.
Bilmirәm komanda verәn kim idi vә ümumiyyәtlә, nә baş
verirdi; yalnız bir şeyi xatırlayıram ki, nәsә mәni
qabağına qatıb irәli apardı. Hansısa güc mәni lazımi sәm-
tә itәlәyirdi vә mәn öz tәzә çәkmәlәrimdә bir az inam-
sızcasına, hәrdәnbir büdrәyә-büdrәyә toz dumanı vә
qәribә sәslәrin müşayiәti altında – sanki kimisә qam-
çılayır, ya da kürәyini şappıldadırdılar – yalnız vә yalnız
irәli gedirdim; açılıb-bağlanan, gözlәrimin önündә gah
әriyib itәn, gah dolaşıq düşәn, gah labirintә çevrilәn neçә-
neçә yeni qapıların, tikanlı mәftillәrin, hasarların arasın-
dan keçib elә hey qabağa addımlayırdım.
5
Dünyada elә bir adam yoxdur ki, hәbsxanaya
düşәndә әvvәlcә ondan ötrü yeni olan şәraitә tәәccüblәn-
mәsin. Elәcә dә biz. Hamamdan sonra uşaqlarla birgә,
nәhayәt ki, hәyәtә çıxarılanda bir müddәt hamımız әtrafa
tәәccüblә baxdıq, bircә o qalmışdı ki, bir-birimizi
çimdiklәyәk. Böyrümdәki cavan bir adam paltarını uzun
müddәt sәylә, diqqәtlә gözdәn keçirib, onu әliylә ütülәyә-
ütülәyә, yoxlaya-yoxlaya sanki parçanın keyfiyyәti ilә
maraqlanırdı. Sonra birdәn-birә başını dikәldib, sanki
nәyisә başa düşdü vә bunu mәnimlә, başqalarıyla
bölüşmәk istәdi, amma әtrafındakı hәr kәsin әynindә eyni