Page 92 - talesiz
P. 92
İMRE KERTES

bir az hәyәcan, bir az çaşqınlıq, eyni zamanda bütövlükdә
bir yüngüllük, rahatlıq görürdüm. Neynәk, belә baxanda,
biz axı burada yeni hәyatın astanasında dayanmışdıq vә
aydındır ki, bu, ayrı mәsәlә idi, jandarmeriyada olandan
ayrı mәsәlә. Dәqiqliyә tam riayәt etsәk, bu epizod
әvvәldәn-axıradәk cәmisi üç-dörd dәqiqә çәkdi.

Sonrakı hadisәlәr barәdә çox şey danışa bilmәrәm:
mahiyyәtcә hamısı bizә mәhbusların qabaqcadan dedik-
lәri kimi oldu. Qapını açdılar vә biz uzun skamyaların
düzüldüyü, yuxarısında da asılqanlar olan otağa keçdik.
Nömrәni dәrhal tapıb, öz-özümә bir neçә dәfә tәkrar-
92 ladım ki, tәsadüfәn yadımdan çıxmasın. Mәhbusun mәs-
lәhәt gördüyü kimi, çәkmәlәrimi dә bir-birinә bağladım.
Sonra alçaq tavanlı iri zal başlayırdı, amma içәri bir neçә
lampa ilә gur işıqlandırılmışdı. Divar boyunca hәr tәrәfdә
ülgüclәr parıldayır, elektrik üzqırxanların vızıltısı eşidilir,
bәrbәrlәr әmәlli-başlı zәhmәt çәkirdilәr – hamısı da
mәhbuslar idi. Mәn sağ tәrәfdә olanlardan birinә düşdüm.
Yanındakı skamyanı göstәrib, yәqin ki, “otur” dedi; hәr
halda, belә anladım, çünki dilini bilmirdim. Tez dә
başqırxanı boynuma qoyub üzüyuxarı getdi, saçımı
dibindәn qırxdı. Sonra ülgücü götürdü, әl hәrәkәtilә
ayağa durmağımı vә qollarımı yuxarı qaldırmağımı әmr
edib, ülgücü qoltuğumun altına apardı. Sonra heç nә
demәdәn özü mәn oturan skamyada oturdu, әn hissiyyatlı
yerimdәn yapışıb, tәzәcә tüklәnmiş yerlәri tәrtәmiz
qırxdı. Bәlkә, bu, sәfehlikdir, ancaq mәn bundan bir az
incidim dә. Heyrәtә gәlmişdim, amma başa düşürdüm ki,
belә boş şeyә görә qan qaraltmağa dәymәz. Axı hәm dә
görürdüm ki, elә bizim uşaqlar hamısı mәnim günüm-
dәdirlәr. O dәqiqә dә Aradüzәldәni qıcıqlandırmağa
başladıq: “Hә, indi bu kökdә qızların qabağına necә
çıxacaqsan?”
   87   88   89   90   91   92   93   94   95   96   97