Page 87 - talesiz
P. 87
TALESİZ 87

danışır, yaşlı әsgәr dә arxamızca gәlirdi. Ayağımızın
altında yenә ağ çınqılla sәliqә ilә döşәnmiş geniş yol,
qarşıda öz yeknәsәqliyi ilә gözümüzü yoran geniş
düzәnlik vardı. Hava bürkü idi. Mәn artıq narahat olmağa
başlamışdım: deyәsәn, hәlә çox getmәk lazım gәlәcәkdi.

Amma tezliklә aydınlaşdı ki, hamam stansiyadan
tәxminәn ondәqiqәlik mәsafәdәdir. Bu qısa müddәtdә
әtrafda gördüklәrim mәndә xoş tәәssürat yaratdı. Әn çox
da yolun sağ kәnarındakı geniş sahәdә futbol meydançası
xoşuma gәldi. Yaşıl çәmәnlik göz oxşayırdı; ağ qapılar,
ağ xәtlәr – hamısı yerindә idi, hamısı da tәzә görünürdü.
Bir sözlә, meydança yaxşı vәziyyәtdә, әla formada idi.
Biz hәtta uşaqlarla danışdıq ki, işdәn sonra burada qaç-
maq, futbol oynamaq pis olmazdı. Bir az o tәrәfdә, yolun
sol tәrәfindә su kranını görәn kimi kefimiz daha da
kökәldi: heç bir şübhә ola bilmәzdi, bu, qulpu olan adi
su kranı idi, basan kimi su sıçrayacaqdı. Su kranının
böyründә “Kein Trinkwasser”1 yazılmış qırmızı xәbәr-
darlıq lövhәsi asılsa da, bu, hәmin dәqiqә heç kәsi
saxlaya bilmәzdi. Bizi müşayiәt edәn әsgәr biz doyunca
su içәnәdәk sәbrini basıb gözlәdi. Ağzımda hansısa
kimyәvi dad qalsa da, çoxdandır sudan belә mәmnunluq
duymamışdım. Sonra hәlә stansiyaya çatarkәn gördüyüm
tikili gözümә sataşdı. Ona yaxından baxanda da qәribә
görünürdü: rәnginin necәliyi bilinmәyәn uzun, yastı bina;
ventilyasiyası, yaxud işıqlandırıcısı olan, bütün dam boyu
uzanan qurğu. Tikilinin hәr biri bağ xiyabanlarındakı
kimi, qırmızı çınqıl döşәnmiş cığırla dövrәlәnmişdi,
şosedәn isә sәliqәli çәmәnliklә ayrılırdı. Evlәrin arasında
kәlәm, göyәrti әkilmiş balaca bostanı, rәngbәrәng gül
lәklәrini görәndә heyrәtә gәldim. Hәr şey tәmiz görünür,
sәliqә-sahman hәr yerdә göz oxşayırdı. Kәrpic zavo-

1 Kein Trinkwasser – İçməli su deyil. (alm.)
   82   83   84   85   86   87   88   89   90   91   92