Page 82 - talesiz
P. 82
İMRE KERTES

lәrinә aiddirlәr. Bu barәdә mәn әvvәllәr dә çox şey
eşitmişdim. Deyim ki, mәnә qәtiyyәn qaniçәn kimi
görsәnmәdilәr: onlar kolonna boyunca tәlәsmәdәn, gә-
zintiyә çıxıblarmış kimi rahat addımlayır, suallara cavab
verir, başlarını yellәdir, hәtta mehribancasına bәzilәrimi-
zin çiyninә vururdular.

Bikar durduğumuz vә intizarla nәsә gözlәdiyimiz
dәqiqәlәrdә başqa hadisәlәrin dә şahidi oldum. Әlbәttә,
evdә olarkәn dә hәrbi formalı almanları tez-tez
görürdüm. Amma oradakılar hәmişә harasa tәlәsirdilәr,
qaraqabaq vә işgüzar idilәr; geyimlәri hәmişә sәliqәli,
düymәlәri bağlanmış olurdu. Burada isә onlar özlәrini
82 başqa cür, sanki öz evlәrindәymiş kimi, daha sәrbәst
aparırdılar. Mәn hәtta onların arasında müәyyәn fәrqlәr
dә görürdüm: hansınınsa furajkası, çәkmәsi, yaxud
mundiri daha tәmiz, daha sanballı idi, başqasınınkı isә
gündәlik işә geyinilәn mundir kimi әyninә bir az gen idi.
Hamısının kәmәrindәn silah asılmışdı. Ümumәn, әsgәr
üçün silah tәbii şeydir, amma bir çoxunun әlindә başlıqlı
әsaya oxşayan taxta çubuq da vardı vә bu, mәni zәrrә
qәdәr tәәccüblәndirmirdi: axı, belә baxanda, onlar hamısı
güclәrinin çiçәklәndiyi dövrü yaşayırdılar. Sonra bu
әşyaları yaxın mәsafәdәn daha yaxşı gördüm. Birinә
diqqәtlә fikir verdim: düz qarşımda dayanıb arxasını
mәnә çevirmişdi, hәmin “әsa”nı da arxa tәrәfindә tutub,
ondan ikiәlli yapışmışdı vә sanki bikarçılıqdan ora-bura
әymәklә mәşğul idi. Sıra ilә birgә hәrәkәt edә-edә ona
lap yaxınlaşdım vә gördüm ki, bu әşya taxtadan deyil,
dәridәn, yaxud rezindәndir, özü dә әsa yox, qırmancdır.
Bunu başa düşәndә ovqatım bir az korlandı, amma hәlә
ki, ondan nәdәsә istifadә etdiklәrini görmәmişdim, hәm
dә axı böyür-başımızda zolaqlı geyimli xeyli adam, qatı
cinayәtkarlar vardı – bunları da hesaba almaq lazımdır.

Bununla belә, tez-tez hansısa elanları eşidirdik.
Düzünü deyim ki, onlara çox da qulaq vermirdim.
   77   78   79   80   81   82   83   84   85   86   87