Page 77 - talesiz
P. 77
TALESİZ 77

bu haqq-hesabları unutmuşdum. Onların sifәti dә adama
bir elә etibar aşılamırdı: pәlә qulaqlar, uzun burunlar, bic-
lik yağan xırda, parıltılı gözlәr. Әslindә, onlar hәr
cәhәtdәn yәhudiyә oxşayır, şübhәli vә nә cürsә yad
görünürdülәr. Biz yeniyetmәlәri görәndә fikir verdim ki,
narahatlıq keçirdilәr vә üzlәrindәki qorxaq, nigaran ifadә
ilә әtrafa tәlәsik göz gәzdirib, nәsә pıçıldaşmağa baş-
ladılar. Burada mәn qeyri-adi bir kәşf etdim: heç demә,
yәhudilәr, mәnim indiyәcәn hesab elәdiyimin әksinә,
tәkcә ivrit dilindә danışmırlarmış.

“Reds di idiş; reds di idiş; reds di idiş?”1 – deyәsәn,
mәn tәdricәn onların nә soruşduqlarını anlamağa başla-
yırdım. Uşaqlar, o cümlәdәn dә mәn, tәbii ki, “Nein”2
dedik. Fikir verdim ki, bu cavab onları razı salmadı.
Almancanı bir az bildiyimdәn, asanca başa düşdüm ki,
onlar bizim yaşımızla maraqlanırlar. “Vierzehn, fünf-
zehn”3, – hәrәmiz öz yaşımızı dedik. O dәqiqә başlarını
bulayıb әllәrini yellәtmәklә etiraz vә narazılıqlarını ifadә
etdilәr. “Zeştsayn”4, – onlar hәr tәrәfdәn pıçıldadılar, –
“zeş-tsayn”. Mәn tәәccüblәndim, hәtta birindәn soruş-
dum: “Warum?”5 Cavabında o, haradasa dәrinlәrdә
gizlәnmiş baxışlarını gözümә zillәyib soruşdu: “Willst du
arbeiten?” – yәni “Siz işlәmәk istәyirsiniz?” Dәrhal
“Naturlich” dedim, yәni “әlbәttә” (belә baxanda, axı elә
buna görә gәlmişdim). Bu vaxt o, öz sarı, sümüklü, sәrt
әllәriylә çiynimdәn yapışdı, tәkcә yapışmadı, möhkәmcә
silkәlәyib tәkrarladı: “Zeştsayn… ferştayst di?..
Zeştsayn!..”6 Baxdım ki, çox әsәbidir. Bu, görünür, çox

1 Reds di idiş? – İdişcə danışırsan? (idiş)
2 Nein – yox (alm.)
3 Vierzehn, fünfzehn – on dörd, on beş (alm.)
4 Zeştsayn – on altı (idiş)
5 Warum? – Niyə? (alm.)
6 Zeştsayn… ferştayst di?.. Zeştsayn!.. – On altı… başa düşürsən?.. On
altı!.. (idiş)
   72   73   74   75   76   77   78   79   80   81   82