Page 76 - talesiz
P. 76
İMRE KERTES

gerçәkdәn inanmağa mәcbur idim ki, tәyinat yerinә çat-
mışıq. Tәbii ki, buna şad idim, amma onu da hiss edirdim
ki, tutalım, bura dünәn, yaxud srağagün çatsaydıq, daha
çox sevinәrdim. Sonra bizim vaqonun metal rәzәsinә
dәyәn ağır alәtin gurultusunu eşitdim vә kimsә (hәtta bir
neçә nәfәr) ağır qapını kәnara itәlәdi.

Әvvәlcә mәn onların sәsini eşitdim: almanca (ya da
almancaya çox oxşayan bir dildә) danışırdılar, özü dә
hamısı xorla. Başa düşdüyüm qәdәr, istәyirdilәr ki, biz
vaqondan düşәk. Әvәzindә isә mәnә belә görsәndi ki,
bizi kәnara itәlәyib, özlәri aramızdan vaqona soxuldular.
Hәlә ki heç bir şey anlamırdım. Amma artıq şayiә gәzirdi
76 ki, çamadanlar, bağlamalar hamısı vaqonda qalmalıdır.
Sonra әtrafımdakı adamlar izaha keçdilәr, tәrcümә edib
bir-birlәrinә çatdırdılar ki, hәr kәs öz әşyalarını bütöv vә
toxunulmamış vәziyyәtdә alacaq, amma әvvәlcә yüklәri
dezinfeksiya etmәk lazımdır, sizi isә hamam gözlәyir.
Hәqiqәtәn dә, hamamın әsl vaxtıydı, lap ürәyimdәn oldu.
Bu vaxt hәmin adamlar yaxına gәldilәr vә mәn toran-
lıqda, nәhayәt ki, onların üzünü görә bildim. Baxdım vә
әmәlli-başlı sarsıldım: axı hәyatımda ilk dәfәydi mәhbus
görürdüm – әn azından, bu qәdәr yaxından – onlar daz
qırxılmış başına dәyirmi kepka qoymuş, zolaqlı köynәk
geyinmiş әsl dustaqlar idilәr. Belә köynәklәri öz şәr
әmәlinә görә cәzalandırılmış mәhbuslara geydirirlәr.
Qorxu içindә mәn hәtta bir addım geri sıçradım. Onların
bir qismi suallara cavab verir, bir qismi vaqonu gözdәn
keçirir, o birilәr xalis yükdaşıyan sәriştәsiylә yüklәri
xәrәyә yığırdılar. Bütün bunlar hansısa qәribә, әsl tülkü
hiylәgәrliyi ilә edilirdi. Onların hәr birisinin yaxasına adi
mәhbus nömrәsindәn başqa, hәm dә sarı üçbucaq
tikilmişdi; bu rәngin nә mәna verdiyini kim dә bilmәsә,
mәn yaxşı bilirdim, amma ilk anda bu sarı üçbucaq
mәndә anlaşılmazlıq doğurdu: uzun yolboyu mәn bütün
   71   72   73   74   75   76   77   78   79   80   81