Page 72 - talesiz
P. 72
İMRE KERTES

biz darısqallığın bundan da betәrini görmüşdük. Mәsәlәn,
jandarmeriyanın at tövlәsindә. Orada necә yerlәşmәk
mәsәlәsini biz ümumi razılığa gәlmәklә belә hәll
etmişdik ki, hamı yerdә türksayağı oturacaq. Vaqonda
oturmaq, hәr halda, oradakından rahat idi. Üstәlik, kefim
istәyәndә ayağa dura bilәrdim, hәtta bir neçә addım da
atmaq mümkün idi – deyәk ki, ayaqyolu istiqamәtindә;
o yer vaqonun arxa küncündә, sağ tәrәfdә idi. Әvvәlcә
belә qәrara gәlmişdik ki, ora yalnız kiçik ehtiyacları
ödәmәk üçün gedәk. Amma neylәmәk olar, vaxtın necә
getmәsindәn asılı olaraq aramızda bir çoxları etiraf edirdi
72 ki, tәbiәt bizim hәr hansı ümumi saziş, yaxud dilbir-
liyimizdәn güclüdür vә buna müvafiq olaraq da hәrәkәt
edirdilәr – bu hәm biz yeniyetmәlәrә aid idi, hәm kişilәrә,
hәm dә, tәbii ki, qadınlara.

Jandarm da, belә baxanda, bizimlә pis davranmır,
xoşagәlmәz hәrәkәtlәrә yol vermirdi. Hәrdәn bizi yün-
gülcә qorxutduğu da olmuşdu: sifәti qәfildәn sol tәrәfdәki
pәncәrәdә, düz mәnim başımın üstündә peyda olanda.
Özü dә әlindәki fәnәrlә içәrini işıqlandırırdı, çünki ilk
günümüzün axşamı ötürdü, gecә düşmüşdü vә biz
növbәti dәfә uzun müddәtә haradasa dayanmışdıq. Lakin
birazdan aydınlaşdı ki, onu bizim yanımıza gәtirәn
xoşmәram, xoşniyyәtdir. “Camaat, – o qışqırdı, – biz ma-
car sәrhәdindәyik!” Onun bizә çatdırmaq istәdiyi yalnız
bu idi. Sonra isә bizi çağırdı, hәtta xahiş etdi ki, әgәr
hansımızdasa pul, yaxud digәr qiymәtli bir şey qalıbsa,
ona tәhvil verәk. Sәbәbini dә qısaca izah elәdi: “Orda,
sizin getdiyiniz yerdә bu şeylәr heç birinizә gәrәk olma-
yacaq. Sizdә olan-qalan nә varsa, almanlar, onsuz da,
hamısını alacaq. Ona görә dә, – pәncәrәnin yanında da-
yanıb sözünә davam elәdi, – yaxşı olar ki, onlar qoy, heç
olmasa, macarların әlindә qalsın!”
   67   68   69   70   71   72   73   74   75   76   77