Page 67 - talesiz
P. 67
TALESİZ 67
hәrbi müәssisәdәn” gedirdi vә “onsuz – Ekspertsiz
sәnaye, sadәcә, heç bir mәna kәsb etmәzdi”. Bunu rәsmi
orqanlar da etiraf edib tәsdiqlәmişdilәr, baxmayaraq ki,
başqa sәnәdlәr kimi, buna şәhadәt verәn sәnәdi dә jan-
darmeriyada ondan müsadirә etmişdilәr – bütün bu
mәlumatları mәn yalnız sonradan bir yerә cәmlәdim, belә
ki, Ekspert onları üstünә dörd tәrәfdәn yağan suallara
cavab vermәklә eyni vaxtda yadına salmışdı.
O, son dәrәcә hәyәcanlı görsәnirdi, amma gördüm
ki, “tәfәrrüata varmaq niyyәtindә deyil”. Düzdür, alman
zabitinә müraciәt etmәk fikrini dә onda mәhz bu hәyәcan
oyatmışdı. Dediyinә görә, zabit hәmin vaxt getmәyә
hazırlaşıbmış; Ekspertin yaxınlıqda peyda olması da
tәsadüfәn baş verib. “Bu vaxt mәn dә ona yaxınlaşdım”,
– o, bizә dedi. Bizimkilәrdәn bir neçәsi, hәqiqәtәn, bu
hadisәnin şahidi olmuşdu vә onun köntöylüyü barәdә
hörmәtlә danışırdılar. Ekspert isә çiyinlәrini çәkib cavab
verdi ki, risk etmәdәn uğur qazanmaq mümkün deyil vә
o, “belә mәsәlәlәrdә sәlahiyyәtli olan kiminlәsә” nәyin
bahasına olur-olsun danışmaq istәyirdi. “Necә olsa,
mühәndisәm axı, – deyә sözünә davam elәdi, – hәm dә
alman dilini mükәmmәl bilirәm”. Bütün bunları o, alman
zabitinә bildirmiş, bundan sonra demişdi ki, onu “mәnәvi
vә faktiki olaraq öz işini yerinә yetirmәk imkanından
mәhrum ediblәr, özü dә buna heç bir sәbәb olmadan vә
bütün hüquqlara, hәtta hazırda qüvvәdә olan göstәrişlәrә
zidd şәkildә”. Vә alman zabitinin qarşısında sual qoy-
muşdu: “Bundan kimә fayda var?” Ona dediyini olduğu
kimi bizә dә tәkrarladı: “Mәn hansısa mәnfәәt vә imtiyaz
üçün tәr tökmürәm. Sadәcә, mәnim cәmiyyәtdә müәyyәn
mövqeyim var, nәlәrdәnsә baş çıxarıram vә çox istәrdim
ki, öz ixtisasıma uyğun bir işdә çalışım. Mәnim can
atdığım budur”. Cavabında alman zabiti ona Almaniya
sәfәrinә yazılmağı mәslәhәt görmüşdü. Ekspert baxmışdı