Page 70 - talesiz
P. 70
İMRE KERTES
yuxarı nәzәr saldı, eynәyin arxasında gözlәri qıyıldı, üzü
axşam günәşindәn qırışdı vә suala sual cümlәsiylә cavab
verdi: “Axı getmәk lazımdır, necә bilirsiniz, bәlkә,
getmәyәk?” Bu cavab mәnә sadә olduğu qәdәr dә sәmimi
göründü.
Bizi ertәsi gün, sәhәr tezdәn yola saldılar. Әla hava
vardı, qırmızı kәrpic yüklü vaqonlardan ibarәt qatar
darvazanın yanından yola düşüb şәhәrkәnarı dәmir yo-
luna qoşulan, uzaqda әriyib itәn xәtlә hәrәkәt edirdi. Hәr
vaqonda yüklә birgә altmış adam vardı, qolu sarğılıların
yol ehtiyatları, çörәk vә konserv bankaları içәri yığıl-
mışdı. Bu әt konservlәri kәrpic zavodunun sabiq sakin-
70 lәrinin, yәni bizlәrin gözündә böyük dәyәrә malik idi,
burasını etiraf etmәyә bilmәrәm. Amma hәlә dünәndәn
fikir vermişdim ki, bizә, yәni Almaniyaya yola düşәnlәrә
xüsusi diqqәt vә ehtiyatla, hәtta deyәrdim ki, müәyyәn
hörmәtlә yanaşırlar. Hәtta düymәlәrini axıracan bağlamış
әtrafımızdakı әlisilahlı, qaşqabaqlı jandarmlar da sanki
özlәrinin toxuna bilmәdiklәri hansısa qiymәtli vә
cәlbedici malı qoruyurdular: düşünürәm, o sәbәbdәn ki,
bu mal artıq daha hәşәmәtli sahibin – almanların ixti-
yarına keçmişdi. Vaqonların rәzәli qapılarını çәkib
bağladılar, bayır tәrәfdәn tıqqıltı, siqnal sәslәri vә
dәmiryolçuların çığırtıları eşidildi. Tәkandan sonra qatar
yerindәn tәrpәndi. Biz uşaqlarla vaqona girәn kimi qabaq
yerlәri tutub yerimizi kifayәt qәdәr rahatlamışdıq, amma
az keçmiş vaqonda su problemi yarandı, bununla birgә
dә qarşıdakı yolun uzunluğu gözümüzә durdu.
Ümumiyyәtlә, sәfәr barәdә az şey danışa bilәrәm.
Әvvәlcә gömrükdә, sonra kәrpic zavodunda olduğu kimi,
burada, vaqonda da nә cürsә vaxtı öldürmәk lazım
gәlirdi. Amma vaqonda bu iş çәtin alınırdı, çünki şәrait
fәrqli idi. Digәr tәrәfdәn, gömrükdәn fәrqli olaraq, burada
bizimçün müәyyәn mәqsәd vardı vә düşünürdük ki, lap