Page 71 - talesiz
P. 71
TALESİZ 71

nә qәdәr lәng hәrәkәt etsәk dә, vaqonda nә qәdәr silkә-
lәnib, dayanacaqlarda nә qәdәr dayansaq da, manevrlәr
zamanı sinirlәrә toxunan tәkan vә itәlәnmә nә qәdәr
zәhlәtökәn olsa da, hәr halda, arxada qalan yolun hәr
kilometri bizi hәmin mәqsәdә yaxınlaşdırır. Mәhz bu fikir
çәtinlik vә әzablara sinә gәrmәkdә bizә nә dәrәcәdәsә
kömәk edirdi, hamımız da çalışırdıq ki, sәbrimizә qısılıb
hövsәlәdәn çıxmayaq. Rozi bizi ruhlandırmaqdan yorul-
murdu: “Eybi yox, qardaşlar, gedib çatan kimi hәr şey
arxada qalacaq”. Çoxları Aradüzәldәni qıcıqlandırmaq-
dan da qalmırdı – uşaqların fәrziyyәsinә görә, yәqin ki,
valideynlәriylә birgә bizim vaqonda gedәn bir qıza görә.
Aradüzәldәn o qızla hәlә kәrpic zavodunda tanış olmuş-
du, burada isә – xüsusәn dә ilk vaxtlar – qızla vaqonun
küncündә görüşmәk üçün tez-tez aradan çıxırdı, bizdә dә
bu barәdә hәr cür söhbәtlәr olurdu. Tәnbәki dә bizimlә
idi, yenә şalvarının ciblәrindәn hәrdәnbir tozlu-çirkli
kağızın xışıltısı eşidilir, hәtta gecәlәr dә yanan kibrit
dәnәsinin titrәk alovuna yırtıcı quş kimi şığıyırdı.
Eynәyindәn, enli burun pәrәlәrindәn, qalın dodaqlarından
daim çirkaba qarışmış tәr şırnağı süzülәn (yeri gәlmişkәn,
hamımızda belәydi, elә mәnim özümdә dә) Moşkoviçdәn
dә, o biri uşaqlardan da hәtta üçüncü gün dә hәrdәn
mәzәli sözlәr çıxır, cürbәcür lәtifәlәr eşidilirdi. Dabbaq
isә dilini zorla tәrpәtsә dә, hәrdәn şit zarafatlar edirdi.
Bilmirәm necә, hansı yolla, amma yaşlılardan biri öyrәnә
bilmişdi ki, bizim son mәnzilimiz adına Valdsee1 deyilәn
yaşayış mәntәqәsidir. Susuzluqdan yanıb qovrulanda
tәkcә elә bu adın verdiyi vәd mәnә yüngüllük bәxş edirdi.
Darısqallıqdan şikayәt edәnlәrә çoxları tam әsasla
xatırladırdı: “Unutmayın ki, növbәti nәqliyyatda hәr
vaqona artıq sәksәn nәfәr doldurulacaq”. Belә baxanda,

1 Valdsee – Meşə gölü (alm.)
   66   67   68   69   70   71   72   73   74   75   76