Page 69 - talesiz
P. 69
TALESİZ 69
tәrәf addımlayırdıq; ilıq yay axşamıydı, günәş tәpәlәrin
üzәrindә qızarırdı, bizim vәtәndәki axırıncı günümüzün
qürubu yaxınlaşırdı. O biri tәrәfdә, Dunayın axdığı yerdә,
taxta hasarların üzәrindә mәn hәrәkәt edәn vaqonların
damını görürdüm: bu, cәdvәl üzrә hәrәkәt edәn şәhәr-
kәnarı qatar idi. Canımda yorğunluq hiss edirdim, amma
eyni zamanda da (sәfәrә yazılandan sonra tamamilә tәbii
görünәn) maraq vә intizar içindә idim ki, sabah bizi nә
gözlәyir. Uşaqlar ümumәn razı görünürdülәr. Bәxtsiz nә
yollasa bizim kompaniyamıza soxulmuşdu vә bir qәdәr
tәntәnәli, eyni zamanda sual dolu baxışlarla bәyan etdi
ki, artıq onun da adı siyahıdadır. Biz razılıqla başımızı
tәrpәtdik, gördüm ki, bu, ona xoş gәldi. Amma sonra öz
düşüncәlәrimә qapılıb, ona qulaq asmaqdan qaldım.
Әldәn-ayaqdan uzaq bu yerdә kәrpic zavodu dinc vә sakit
görünürdü. Hәrçәnd burada da dәstәlәr toplaşırdı, xә-
bәrlәri müzakirә edir, necә hәrәkәt etmәk barәdә mәs-
lәhәtlәşirdilәr, amma xüsusi hәyәcan hiss etmirdim:
kimsә artıq uzanıb gecәlәyirdi, kimsә şam edirdi,
başqaları ya yemәklәrini yeyir, ya da sakitcә oturub
axşamın düşmәsini gözlәyirdilәr. Biz ortayaşlı әr-arvadın
yanından keçirdik. Mәn bu cütlüklә çox rastlaşmışdım vә
hәr ikisini yaxşı yadda saxlamışdım. Arvad balaca idi,
nazik bәdәn quruluşu vardı, üz cizgilәri incә idi; hәmişә
ora-bura qaçıb qayğı göstәrәn, daim harasa hazırlaşan әri
arıq, eynәkli bir kişiydi, alnı da hәmişә tәrdәn yaş olurdu.
İndi yerdә, torpağın üstündә oturub, arvadının kömәyi ilә
şey-şüylәrini yığışdırır, hamısını bir yerә topalayıb, kә-
mәrlә sarımağa çalışırdı. İşә möhkәm girişmişdi, yaman
qayğılı görünürdü, işi başından aşdığı üçün onu ayrı heç
nә maraqlandırmırdı. Bәxtsiz, görünür, onları tanıyırdı.
Gәlib kişinin arxasında ayaq saxladı, bir az dayanıb
soruşdu: “Demәli, siz dә getmәyә qәrar verdiniz?” Büs-
bütün tәr içindә olan әr cәld arxaya qanrılıb ona altdan-