Page 66 - talesiz
P. 66
İMRE KERTES
bilmәk istәyәnlәrә yaxşı mәslәhәt vermәyә qabil deyildi:
Almaniya sәfәrinә yazılsınlarmı, yoxsa, yaxşısı budur,
gözlәsinlәr? Hәyәtdә Bәxtsiz fağıra da rast gәlmişdim,
özü dә dәfәlәrlә: yazıq gah bu dәstәyә yaxınlaşırdı, gah
o biri dәstәyә. Fikir vermişdim ki, harada olmasından
asılı olmayaraq, onun hәlә dә göyәrtisi keçmәmiş xırda
gözlәrinin nigaran baxışları hәmişә әtrafı gәzir, başqa
dәstәlәri vә başqa adamları arayır. İki dәfә sәsini dә
eşitmişdim: kimisә saxlayıb, üzündәki gәrgin intizar vә
nigaranlıqla, barmaqlarını sındıra-sındıra qır-saqqız olub,
az qala, yalvarışla soruşurdu: “Bağışlayın, bәs siz özünüz
gedirsiniz?” “Niyә bәs?” “Düşünürsünüz ki, belә
66 yaxşıdır?”
Yadımdadır ki, elә mәhz onda mәnim gömrük üzrә
bir tanışım – Ekspert sәfәrә yazılmağa gәlmişdi. Kәrpic
zavodunda keçirdiyimiz günlәrdә mәn, ümumiyyәtlә,
onu bir dәfә dә görmәmişdim. Hәrçәnd paltarı әzilmişdi,
qalstuku yoxa çıxmışdı, sifәtini ağ tük basmışdı, bununla
belә, keçmiş lәyaqәtin möhürü, hәr necә olsa, üzündә
aşkar görünürdü. Peyda olan kimi o, hamının diqqәtini
özünә cәlb elәdi, hәyәcanlı adamların böyük bir topası
onu dәrhal üzük qaşı kimi dövrәyә aldı. Yazıq üstünә
yağan suallara zorla cavab çatdırırdı. Birazdan sәbәbini
öyrәndim: heç demә, o, tәzәlikcә bir alman zabiti ilә
birbaşa danışmağa müvәffәq olmuşdu. Bu, böyründә
komendaturanın, jandarmeriyanın vә digәr istintaq
orqanlarının yerlәşdiyi darvazanın yaxınlığında baş
vermişdi. Bu günlәrdә burada alman mundirli zabitlәrin
peyda olduğunu, dәrhal da tәlәsik çıxıb getdiklәrini elә
mәn özüm dә görmüşdüm. Belә başa düşdüm ki, Ekspert
jandarmlardan hansıylasa danışmağa cәhd etmiş, özünün
dediyi kimi, “öz müәssisәsi ilә kontakta girmәyә”
çalışmışdı. Amma öyrәndik ki, jandarmlar onun bu
haqqını “daim rәdd etmişdilәr”, hәrçәnd “burada söhbәt