Page 61 - talesiz
P. 61
TALESİZ 61
soruşur, sonra yenә anasından, ailәsindәn, bәxtinin necә
gәtirmәdiyindәn gileylәnirdi. İcazә kağızını almaq üçün
necә әziyyәtlәr çәkdiyindәn, onu әldә edәrkәn nә qәdәr
sevindiyindәn söz açır, başını ümidsizcәsinә bulaya-bu-
laya deyirdi: “Axı o, qabaqcadan belә olacağını, “axırın
bu cür bitәcәyini” necә bilәydi?” Hamısının da günahını
hәmin o “nәhs beş dәqiqә”dә görürdü. Әgәr iş bu cür bәd
gәtirmәsәydi… әgәr andıra qalmış avtobus beşcә dәqiqә
tez getmiş olsaydı… Vә tәkrar-tәkrar köks ötürüb tәәs-
süflәnirdi. O ki qaldı jandarmların rәftarına, bundan razı
görünürdü. “Mәn axı onların әlinә әn axırıncı düş-
müşdüm, görünür, bәxtim dә bunda gәtirib. Onlar çox
tәlәsirdilәr”. Qısası: “Daha da betәr ola bilәrmiş”, – deyib
öz hekayәtindәn yekun nәticә çıxarır vә әlavә edirdi ki,
jandarmların lap pis davrandığı vәziyyәtlәri dә görüb vә
bu, hәqiqәt idi. Eyni şey mәnim dә yadıma düşdü. Sәhәr
“tәhqiqat”ı başlayarkәn jandarmlar bizә xәbәrdarlıq
etmişdilәr: “Heç kәs elә düşünmәsin ki, bizdәn nәyisә
gizlәdә bilәr, pulu, qızılı, digәr qiymәtli şeylәri harasa
dürtә bilәr”. Növbә mәnә çatanda mәcbur olub pulumu,
saatımı, cib bıçağımı vә digәr şeylәri masanın üzәrinә,
onun qarşısına qoydum. Hündürboy jandarm yaxınlaşıb
çox çevik, belә deyәrdim ki, peşәkar hәrәkәtlәrlә
qoltuğumun altından tutmuş qısa şalvarımacan hәr yeri
yoxladı. Masa arxasında böyük leytenantı gördüm: hәmin
vaxt jandarmların öz aralarındakı söhbәtdәn aydın
olmuşdu ki, qamçılı zabitin adı Sakaldır vә o, böyük ley-
tenant rütbәsindәdir. Onun sol tәrәfindә isә – buna dәrhal
fikir vermişdim – dağ kimi nәhәng birisi oturmuşdu; naq-
qa balığınkına bәnzәr bığları olan bir jandarm idi. Kitelsiz
olduğundan qәssab kimi iri әzәlәlәri adamın gözünә tez
dәyirdi; әlindә silindrә bәnzәr nәsә tutmuşdu, bir sözlә,
gülmәli şey idi, aşpazların, mәtbәx qulluqçularının
istifadә etdiyi oxlova oxşayırdı. Böyük leytenant çox