Page 58 - talesiz
P. 58
İMRE KERTES

heç nә yoxdu vә bu, çox xoşagәlmәz şey idi. Vaqon
qonşularımız dәrhal dedilәr ki, birinci susuzluq tez keçir.
Axırda onu, ümumiyyәtlә, yaddan çıxarırsan, amma
sonra qәfildәn peyda olur vә bu dәfә artıq bütün fikrini
mәşğul edib, sәni başqa heç bir şey barәdә düşünmәyә
qoymur. Bilәnlәr belә izah elәdilәr. Dedilәr ki, altı-yeddi
gün әrzindә hәtta bürküdә belә susuz nә cürsә dözmәk
olar, amma bir şәrtlә: әgәr sağlamsansa, çox tәrlәmir-
sәnsә, әti vә әdvanı çox yemirsәnsә. Ona görә mәnә
tәskinlik verirdilәr ki, hәlә vaxtın var, hәr şey yolun uzun-
luğundan asılıdır.

Әslindә, bu, mәnim özümә dә maraqlı idi: kәrpic za-
58 vodunda bizә bu barәdә bir söz demәmişdilәr. Yalnız elan

etmişdilәr ki, kim işlәmәk üçün Almaniyaya getmәk
istәyirsә, adını siyahıya yazdırsın. Bu fikir kompaniya-
mızdan olan bütün uşaqlar, hәm dә kәrpic zavodunda
işlәyәnlәrin çoxu kimi, mәnә dә cәlbedici görsәndi.
Ümumiyyәtlә, adına “Yәhudi şurası” deyilәn adamların
(onları qollarına bağlanmış xüsusi sarğıdan tanımaq
olardı) dediyi kimi, bu vә ya başqa şәkildә, könüllü, ya
mәcburi olaraq bura, kәrpic zavoduna gәtirilәnlәri gec-
tez, onsuz da, Almaniyaya göndәrәcәklәr, odur ki,
könüllü şәkildә birinci yazılanların payına yaxşı yer,
üstәlik, altmışnәfәrlik vaqonda getmәk imtiyazı düşәcәk.
Sonradan gәlәnlәri isә qatarların çatışmazlığı ucbatından
vaqona, әn azından, sәksәn nәfәri bir yerdә dürtәcәklәr.
Bizә bütün bunları başa salanda xüsusi düşünmәyә,
tәrәddüd etmәyә, necә deyәrlәr, burcutmağa yer qalmırdı;
mәnә dә belә gәlirdi ki, bu mәnasızdır.

Kәrpic zavodunda hökm sürәn cansıxıcı ab-hava vә
darısqallıqla, bu darısqallığın sәhhәtimizdә fәsadlar
doğura bilәcәyinә dair başqa dәlillәrlә mübahisә etmәk
dә çәtin idi, o cümlәdәn qida ilә bağlı getdikcә artan
çәtinliklәrlә – bunlar hamısı vardı vә mәn bunu öz üzә-
   53   54   55   56   57   58   59   60   61   62   63