Page 59 - talesiz
P. 59
TALESİZ 59

rimdә hiss edirdim. Bizi jandarmeriyadan bura gәtir-
diklәri gün (yaşlıların çoxu bu jandarmeriya haqqında
bilirdi vә adına “Andraşşi adına kazarma” deyirdilәr)
kәrpic zavodu adamla ağzınacan doluydu. Buradakıların
tәrkibi qarışıq idi: kişilәr dә vardı, qadınlar da; qocalar
da vardı, qarılar da. Ayağını hara bassan, adyala, çuvala,
müxtәlif ölçülü, müxtәlif formalı çamadanlara, bağla-
malara, düyünçәlәrә, cürbәcür әsgi-üsgüyә ilişirdin.
Adamı narahat edәn yüzlәrlә bu cür xırdalıqlar, bütün
bunlar vә görünür, adam topası uzun müddәt bir yerdә
yaşamağa mәcbur olanda labüd şәkildә ortaya çıxan
xoşagәlmәz, qıcıqlandırıcı şeylәr tezliklә mәnim dә
әsәblәrimi yerindәn oynatmağa başladı. Buraya bikar-
çılıq, qeyri-müәyyәn nәyisә sәfehcәsinә gözlәmәk vә
әlbәttә ki, darıxmaq әlavә olunurdu. Buna görә dә orada
qaldığım beş gündәn heç biri ayrıca şәkildә hafizәmdә
qalmayıb vә ümumiyyәtlә, o beş gündәn xatırladığım,
olsa-olsa, xırda detallardır. Hәr halda, yaxşı yadımdadır
ki, bizim dәstәdәki bütün uşaqların orada olmasından bir
az yüngüllük duyurdum: Rozi dә, Aradüzәldәn dә, Dab-
baq da, Tәnbәki dә, Moşkoviç dә, digәrlәri dә mәnimlә
bir yerdәydi. Bilirdim ki, heç biri qaçmayıb: necә
deyәrlәr, onlar da namuslu çıxmışdılar. Kәrpic zavodunda
jandarmlarla şәxsәn toqquşmağım da olmadı; görürdüm
ki, әn çox bayır tәrәfdә keşik çәkirlәr, hәrdәn dә polislәrlә
birgә. Polislәr haqqında kәrpic zavodunda belә danı-
şırdılar ki, onlar jandarmlardan daha anlaqlıdırlar; polislә
dil tapmaq da asandır, çünki sövdәlәşmәyә meyillidirlәr,
xüsusәn dә әgәr kompensasiya üçün pulla, yaxud digәr
qiymәtli şeylәrlә danışmağı bacarsan. Belә eşitmişdim
ki, onlar, әsasәn, xırda xahişlәri yerinә yetirmәyә
razılaşırlar: mәktub göndәrirlәr, qohumlara müәyyәn
xәbәrlәri çatdırırlar vә sairә. Bizimkilәrdәn bәzilәri hәtta
әminliklә bildirirdilәr ki, prinsip etibarilә, polislә lap qaç-
   54   55   56   57   58   59   60   61   62   63   64