Page 60 - talesiz
P. 60
İMRE KERTES

maq barәdә dә danışmaq mümkündür. Amma bunu
deyәnlәr bu işin nadir hallarda baş verdiyini vә çox riskli
olduğunu da әlavә edirdilәr. Düzdür, bu barәdә mәn
konkret olaraq heç nә öyrәnә bilmәdim, halbuki mәhz
hәmin vaxt gömrükdә әlimә yaxşı fürsәt düşmüşdü vә
sifәtdәn suitiyә oxşayan o adamın polislә nә barәdә
danışdığını da, deyәsәn, elә hәmin vaxt anlamışdım. Gec
dә olsa, mәhz onda başa düşmüşdüm ki, bizim polisimiz
namuslu polisdir. Bu fakt sonradan öz tәsdiqini tapdı:
kәrpic zavodunun hәyәtindә avaralanarkәn, hәyәtdә,
yaxud ictimai mәtbәxdә növbәyә durarkәn yad sifәtlәrin
arasında suitiyә bәnzәyәn sifәt, deyәsәn, bir-iki dәfә
60 gözümә dәymişdi.

İlk dәfә gömrükdә gördüyüm adamlardan biriylә dә
rastlaşdım – Bәxtsiz fağırla. Özünün dediyi kimi, “ürә-
yini boşaltmaq, dәrdini dağıtmaq üçün” tez-tez gәlib
bizimlә, biz “cavanlar”la otururdu. Yәqin, özünә hara-
dasa bizә yaxın yerdә, zavodun hәyәtindәki damı deşik
olan eynitipli saysız örtüklәrin (belә eşitmişdim ki, bu
örtüklәr haçansa kәrpiclәrin qurudulmasına xidmәt
edirmiş) altında sığınacaq tapmışdı. Zavallının üzündәn
acizlik, mәğmunluq yağırdı, sifәtindә göyәrtilәr vardı;
bizә izah elәdi ki, bu, jandarmların apardığı “tәhqiqat”ın
nәticәsidir: heç demә, yol çantasında dәrman vә әrzaq
tapmışdılar. İnandırmağa çalışıb ki, bәs, bu dәrman vә
qida şeylәri – ev ehtiyatıdır, hamısını evdәn götürüb vә
onları ağır vәziyyәtdә xәstә yatan qoca anasına aparırmış.
Amma cәhdlәri puça çıxıb, heç nәyi sübut edә bilmәyib,
әvәzindә onu qara bazarda alver etmәkdә suçlayıblar.
Çepelә getmәk barәdә icazә kağızının olması, qanunlara
hәmişә riayәt etmәsi, özünün dediyi kimi, bir dәfә dә
olsun qaydanı pozmaması heç kәsin vecinә gәlmәmişdi.
“Necә yәni, heç nә eşitmәmisiniz? Bәs bizim işimiz necә
olacaq?” – o, kimisә saxlayıb, hәyәcanla üzünә baxaraq
   55   56   57   58   59   60   61   62   63   64   65