Page 54 - talesiz
P. 54
İMRE KERTES

belә ifadә olurdu. Әlbәttә, başa düşürdüm ki, polislәri
tacirlәrlә müqayisә etmәk çәtindir, amma, necә dә olsa,
onların sifәtinә baxanda yaddaşımda qeyri-iradi olaraq
hәmin o tanış ifadә canlandı: “Eh, çarә nәdir, daha heç
nә edә bilmәzsәn, onsuz da, işlәr özü istәdiyi kimi gedir”.
Amma bәrk yorulmağa başlamışdım; sonrakılardan
yadımda qalan yalnız o idi ki, hava isti vә cansıxıcıydı,
yatmaq istәyirdim, bәrk yuxum gәlirdi, deyәsәn, hәtta
qısa müddәt mürgülәmişdim dә.

Bax, belәcә, gün keçirdi. Nәhayәt, tәxminәn saat
dörddә, bizim polisimizin vәd etdiyi kimi, çoxdan
gözlәnilәn “sonrakı sәrәncam” gәlib çıxdı. Biz yola
54 düşmәliydik ki, haradasa sәnәdlәrimizi tәqdim etmәk
mәqsәdilә “rәis”in qarşısında dayanaq – polis bizi belә
mәlumatlandırdı. Ona isә, görünür, bunu telefonla bil-
dirmişdilәr. Bundan qabaq biz otaqdan hansısa dәyişik-
liyin sübutu olan tәlәskәn sәslәr, ara vermәyәn telefon
zәnglәri, sonra kimәsә zәng edib, onunla qısaca, işgüzar
ahәngdә danışan polisin sәsini eşitmişdik. Polis bizә bir
dә onu dedi ki – hәrçәnd onun özünә tam tәfsilatı
demәmişdilәr – görünür, söhbәt vur-tut hansısa formal
yoxlamadan gedir: bu cür sadә vә qanuni baxımdan heç
bir şübhә doğurmayan şәraitdә başqa cür ola da bilmәzdi.

Bizi üç-üç sıraya düzdülәr vә geriyә, şәhәrә tәrәf
yola düşdük. Bütün әtrafdakı sәrhәd mәntәqәlәrindәn
bizimkinә oxşayan kolonnalar eyni vaxtda çıxdı – mәn
buna körpünü keçәndә әmin oldum – vә biz bir, iki, bәzәn
üç polisin müşayiәt etdiyi sarı ulduzlu adamlardan ibarәt
digәr qruplarla rastlaşdıq. Gözәtçilәrin birini görәndә
tanıdım – bu, bizim polisin yanına velosipedlә gәlәn polis
idi. Rastlaşanda bir-birini üzlәrindәki işgüzar ifadә ilә
salamladıqlarını, bir-iki kәlmә, yaxud jestlә anlaşdıqlarını
sezdim (sanki onlara bu görüş әvvәlcәdәn bәlli idi) – vә
onda bizim polisin çıxışdan qabaq ora-bura niyә zәng
   49   50   51   52   53   54   55   56   57   58   59