Page 49 - talesiz
P. 49
TALESİZ 49
daşlarıyla boş-boş danışmağa hәvәs göstәrmir, cansıxıcı
biganәliklә oturub tәyinat yerinә nә vaxt çatacaqlarını
gözlәyirlәr. Hәr halda, adam mәndә bu qәnaәti yaratdı.
Başqa birisi dә diqqәtimi çәkdi. Artıq cavan olmasa
da, zahiri görkәmi sәliqәli vә gözoxşayandı; gicgahları
ağarmışdı, tәpәsindә girdә keçәli vardı. O peyda olanda
gün günortaya yaxın idi. İçәri girәn kimi diqqәtimi çәkdi.
Әslindә, ona diqqәt yetirmәmәk dә olmazdı: qapıdan
içәri keçmәyә dәvәt edәn polisә o, öz etiraz vә iradını çox
qızğınlıqla bildirirdi. Dәrhal soruşdu ki, burada telefon
varmı vә “telefondan istifadә edә bilәrmi”. Polis izah
edәndә ki, “telefon yalnız xidmәti mәqsәdlәr üçün
nәzәrdә tutulub”, kişi susdu vә küskün halda qaşqabağını
salladı. Danışmağa çox xәsis idi, xeyli dilә tutandan sonra
handan-hana öyrәnә bildik ki, bizim kimi o da Çepeldәki
hansısa zavodun öhdәsindәdir, dediyinә görә, ekspert idi,
ancaq tәfsilatını açıqlamadı. Nәsә özünә çox inamlı
görünürdü; bildiyim qәdәr, onun tәsәvvürü ümumilikdә
bizimkinin eyni idi, sadәcә bir fәrqlә ki, saxlanma faktı
bizi tәәccüblәndirmişdisә, onu alçaltmışdı. Onu da
gördüm ki, polisi ciddiyә almır, onun barәsindә say-
mazyana danışır: guya polis ümumi әmrә әsasәn hәrәkәt
edir vә bu zaman bәrk canfәşanlıq etdiyindәn hәddini
aşır, şitini çıxarır. Vә o, bir şeyә әminliyini bildirirdi:
“belә mәsәlәlәrdә sәlahiyyәtli şәxslәr” axırda işә qarışıb
hәr şeyi qaydasına salırlar ki, bu da qısa zamanda baş
verәcәk. Sonra daha onun sәsi eşidilmәdi vә kişini tamam
unutdum. Yalnız günün ikinci yarısında, axşamayaxın o,
yenә hamının diqqәtini özünә çәkdi, amma bu vaxt mәn
artıq bәrk yorulmuşdum vә ona göz qoya bilmirdim,
tәkcә onu gördüm ki, bәrk әsәbidir: gah oturur, gah
yerindәn sıçrayıb qalxırdı; gah saatına baxır, gah әllәrini
sinәsindә çarpazlayır, gah da arxasına qoyub barmaq-
larını bir-birinә keçirirdi.