Page 46 - talesiz
P. 46
İMRE KERTES

Polis açar topasından birini çıxarıb qapını açdı. Otağa
keçdik. İçәri geniş vә sәrindi, mebel dә çox deyildi: iki
skamya, bir dә çirkli, uzun stol. Polis daha bir qapını açdı,
bu otaq әvvәlkindәn xeyli kiçik idi, xidmәti kabinetә
oxşayırdı. Qapı örtülәnәcәn mәn döşәmәyә salınmış
xalçanı, yazı stolunu, masanın üzәrindә telefon olduğunu
görmәyә macal tapdım. Sonra biz polisin harasa zәng
vurduğunu eşitdik. Danışıq uzun çәkmәdi, sözlәri isә
aydın eşitmәdik. Deyәsәn, o, kimisә “sonrakı sәrәncam”
barәdә tәlәsdirirdi; hәr halda, otaqdan çıxıb, qapını açarla
bağlayandan sonra bizә dedi ki, “hәlә bir xәbәr yoxdur,
46 gәrәk gözlәyәk” vә mәslәhәt gördü ki, rahat oturaq.
Sonra hansısa kollektiv oyun bilib-bilmәdiyimizi soruş-
du. Kimsә – deyәsәn, Dabbaq idi – “Gizlәnpaç” oyna-
mağı tәklif elәdi. Düzdür, bu oyun polisin çox da xoşuna
gәlmәdi, dedi ki, “bizim kimi ağıllı oğlanlardan nәsә
başqa şey gözlәyirdi”. Bir müddәt o, bizimlә bir yerdә
oldu, oradan-buradan söhbәt saldı, hәtta zarafat da elәdi.
Mәncә, o, bizim başımızı qatmağa, әylәndirmәyә çalı-
şırdı ki, ağlımıza başqa şey gәlmәsin: axı o, hәlә şosedә
bizә demişdi ki, özümüzü intizamlı aparmalıyıq, bununla
belә, görünür, yeniyetmәlәrlә ünsiyyәtdә xüsusi tәcrübәsi
yox idi. Belә ki, birazdan cәhdlәrinin әbәs olduğunu
görüb, bundan әl çәkdi, iş bәhanәsiylә durub harasa getdi.
Biz bayır tәrәfdәn qapının açarla necә kilidlәndiyini
eşitdik.

Sonra nәlәr olduğunu danışmaq çәtindir. Hәr şey
ondan xәbәr verirdi ki, “sonrakı sәrәncam”ı çox gözlә-
mәli olacağıq. Amma belә baxanda, tәlәsәn bir yerimiz
dә yox idi. Axı vaxtı hәdәr keçirmәyimizin günahkarı
özümüz deyildik. Nәdә olmasa da, bir mәsәlәdә hamımız
eyni fikirdә idik: işdә tәrlәmәkdәnsә, sәrin otaqda boşuna
vaxt öldürmәk daha yaxşıdır. Neftayırma zavodu kölgәdә
   41   42   43   44   45   46   47   48   49   50   51