Page 50 - talesiz
P. 50
İMRE KERTES

Yaşlılardan biri dә yadımdadır: bu, xalis yәhudilәrә
xas burnu olan, çiynindәn iri çuval asılmış kişiydi.
Әynindә “qolf” deyilәn gödәk şalvar, ayağında çox yekә
başmaqlar vardı vә sanki yaxasındakı sarı ulduz da lazım
olduğundan böyük idi. O, hamıdan çox vurnuxurdu;
hamıya yaxınlaşır, bәxtinin gәtirmәdiyini hәr kәsә
söylәyirdi. Onun problemini ümumi danışıqlarından öy-
rәndim, özü dә başına gәlәn iş çox sadә idi vә bunu
dәfәlәrlә danışmışdı. Heç demә, ağır vәziyyәtdә olan
anasına baş çәkmәk üçün Çepelә yollanıbmış – söhbәtinә
hәr dәfә belә başlayırdı. Bundan ötrü hәtta xüsusi icazә
50 dә alıbmış: möhürlü kağızını hamıya göstәrirdi. İcazә
yalnız bu gün üçün idi, özü dә bütün gün üçün deyil, saat
ikiyәcәn etibarlı sayılırdı. İntәhası, sәhәr erkәn hansısa
işi çıxmışdı, peşәsi ilә әlaqәdar olan vә özünün “tәxirә-
salınmaz” adlandırdığı bu iş yola düşmәsinә mane
olmuşdu. Bu işi qaydaya qoymaq üçün getdiyi idarәdә
növbә uzun çәkmişdi. Növbәsi gec çatdığından qorxuya
düşmüşdü ki, anasına baş çәkә bilmәyәcәk – bunu növ-
bәti adama danışırdı – ona görә dә avtobusun axırıncı
dayanacağına yetişmәk üçün qaça-qaça özünü tramvaya
yetirmişdi. Yolda gediş vә geriyә qayıdışın nә qәdәr vaxt
aparacağını hesablayıb belә nәticәyә gәlmişdi ki, bu, çox
risklidir. Amma tramvaydan düşәndә görmüşdü ki, saat
on iki avtobusu yola düşmәyib, hәlә dayanacaqdadır. Kişi
avtobusu görәndә nә düşündüyünü bu yerdә dinlәyicisinә
cidd-cәhdlә başa salmağa çalışdı: “Bu icazәni almaq
üçün, bu bir tikә kağızı әldә etmәk üçün nә zillәt
çәkmişdim! Üstәlik, yazıq anam da yolumu gözlәyirdi”,
– deyib dәrhal da әlavә elәdi ki, onun da, arvadının da
qoca anasıyla qayğıları xirtdәyәcәndir. Çoxdan arvadı
dilә tuturlar ki, yığışıb onların yanına, şәhәrә gәlsin.
Arvad isә lәngidir, vaxtı uzadır, hәmişә sonraya saxlayır.
   45   46   47   48   49   50   51   52   53   54   55