Page 48 - talesiz
P. 48
İMRE KERTES

avtobusları saxlayırdı. Yaşlı dediyim adamlar yeddi-
sәkkiz nәfәrdi, hamısı da kişilәr idi. Fikir verdim ki, onlar
polisi bizdәn daha çox sorğu-suala tutublar: izahat tәlәb
edir, etirazlarını bildirir, kim olduqlarını gözә soxmağa
çalışır, dil-boğaza qoymadan sualı sual üstdәn yağdırır-
dılar. Onlar әvvәlcә bizim dә üstümüzә düşmüşdülәr ki,
kimik, nәçiyik, bura niyә düşmüşük? Ümumiyyәtlә isә,
bizdәn aralıda ayrıca topalanıb durmuşdular. Biz, әlbәttә
ki, yerimizi güzәştә getdik vә onlar gәlib skamyada otur-
dular. Müxtәlif şeylәrdәn danışırdılar, hamısı yadımda
deyil. Amma tәkrar-tәkrar qayıtdıqları başlıca mәsәlә –
48 saxlanmalarının vә gәtirilib bura tәpilmәlәrinin sәbәbi
idi. Bir dә onları qarşıda nә gözlәdiyi üzәrindә baş
sındırırdılar. Fikir verdim ki, bu mәsәlәdә axıra kimi
vahid rәyә gәlә bilmәdilәr: hәrә öz variantının üzәrindә
qalırdı. Ümumilikdә bu, kimdә hansı sәnәdin olmasından
asılıydı; belә başa düşdüm ki, hәr birindә onlara Çepelә
gәlmәk hüququ verәn hansısa sәnәdlәr vardı: kimisi bura
şәxsi mәsәlәsinә görә gәlmişdi, kimisi xidmәti borcuna
görә, kimisi dә, bizim dәstәnin üzvlәri kimi, sadәcә iş
yeri Çepeldә olduğuna görә.

Amma aralarında bir neçә qeyri-adisini dә gördüm.
Mәsәlәn, fikir verdim ki, biri ümumi söhbәtә qarışmır.
O, başını aşağı salıb özüylә gәtirdiyi kitabı oxumaqla
mәşğul idi, әvvәldәn-axıra kimi dә heç kәsә qoşulmadı.
Arıq, uzun bir adamdı, әynindә sarı gödәkcә vardı,
qırxılmamış tüklü üzü, dodaqlarının küncündәki iki sәrt
qırışla ayrılan ağzı sifәtinә xoşagәlmәz, qaşqabaqlı ifadә
verirdi. Özünә skamyanın qırağında, pәncәrәnin böy-
ründә yer seçmişdi vә üzünü hamıdan çevirib, ayağını
ayağının üzәrinә aşıraraq yanpörtü oturmuşdu. Yәqin, elә
bu sәbәbdәn mәn onu qatarda, oturaq vaqonlarda çox yol
gedәn adama bәnzәtdim. Belә adamlar, adәtәn, yol yol-
   43   44   45   46   47   48   49   50   51   52   53