Page 43 - talesiz
P. 43
TALESİZ 43
gülüşlә bitirdi. Polis razı görünürdü. Tәxminәn on beş
dәqiqә belә davam elәdi. Aydın sәhәr idi, günәş artıq
tәpәnin әtәyini qızdırmışdı: biz bunu otun üzәrinә
uzananda hiss edirdik. Uzaqda mavi tüstünün arasından
neftayırma zavodunun iri çәnlәri görsәnirdi. Çәnlәrin
arxasında müәssisәnin yoğun boruları tüstülәnir, bir az o
tәrәfdә dumanlı şәkildә hansısa kilsәnin günbәzi sezilirdi.
Dostlarımızın sayı getdikcә artırdı: Budapeşt tәrәfdәn
gәlәn avtobuslardan uşaqlar bir-bir, ya da dәstә-dәstә
peyda olurdular. Budur, çil-çil üzünü qara saqqal basmış,
saçı qısa vurulmuş şәn vә zarafatcıl Dabbaq gәlib çıxdı.
Adına ona görә belә deyirdilәr ki, biz gimnaziyaçılardan
fәrqli olaraq, zavoda işә yazılandan qabaq o, dәridәn hәr
cür bәzәk-düzәk hazırlamağı öyrәnmişdi. Tәnbәki gәlib
çıxdı. Hә, onu heç vaxt tütünsüz görmәzsәn, damağından
papiros әskik olmur. Düzdür, “qonşudan qalma dala”
prinsipiylә başqa uşaqlar da çәkirdilәr, hәtta bir dәfә
özüm dә tütünün dadına baxmışdım; amma fikir
vermişdim ki, Tәnbәki bu işlә tamam ayrı cür mәşğul
olur; az qala, acgözlüklә. Elә gözlәri dә nә cürsә qәribә,
sanki hәris bir parıltıyla işarırdı. Sәrbәst gәzib-dolaşsa
da, susqun vә qaraqabaq idi, ünsiyyәtcil olmadığından
uşaqların ondan zәhlәsi gedirdi. Bir dәfә soruşdum ki, bu
qәdәr tütünün tüstüsündәn nә lәzzәt alır ki? Cavabı qısa
oldu: “Yemәkdәn ucuzdur”. Karıxıb qaldım: belә bir
sәbәb dünyasında mәnim ağlıma gәlmәzdi. Amma mәni
daha artıq karıxdıran onun karıxdığımı görüb, mәni
diqqәtlә süzәn kinayәli, az qala, nifrәt dolu baxışları oldu.
Halım dәyişdi vә bir dә ondan heç nә soruşmadım.
Amma hәmin vaxtdan uşaqların Tәnbәkiyә ehtiyatlı
münasibәtinin, davranışının sәbәbini az-çox anlamağa
başladım. Komandamızın başqa üzvü daha sәmimi
qarşılandı – yaxınları nәyә görәsә ona Aradüzәldәn