Page 39 - talesiz
P. 39
TALESİZ 39

qıcıqlandıran nәsә vardı: mәncә, hәr şey onun düşün-
düyündәn daha sadә idi. Hәm dә bu mübahisәdә, әlbәttә
ki, qalib gәlmәk istәyirdim. Bir-iki dәfә Annamariya da
nәsә demәyә cәhd göstәrdi, amma onda heç nә alınmadı:
bacıların böyüyü ilә ağzımız elә qızışmışdı ki, düzü, An-
namariyaya heç fikir dә vermirdik.

Axırda ona bir misal çәkdim. Hәrdәn baş qatmağa
bir iş olmayanda özüm dә belә şeylәrin üzәrindә düşünü-
rәm vә bu misal da ağlıma elә onda gәlib. Hamısı da bu
yaxınlarda oxuduğum bir kitabın sayәsindә. Qәrәz, orada
söhbәt dilәnçi oğlanla şahzadәdәn gedir. Nәzәrә almasaq
ki, onların biri dilәnçi, digәri şahzadәdir, qalan bütün
şeylәrdә – sifәtdә dә, bәdәn quruluşunda da bir-birinә
heyrәtamiz dәrәcәdә oxşardırlar. Vә bir dәfә sadәcә
maraq üzündәn onlar öz talelәrini dәyişirlәr: dilәnçi xalis
şahzadәyә çevrilir, şahzadә isә xalis dilәnçiyә. Vә böyük
bacıya dedim ki, qoy özünü hәmin situasiyada tәsәvvür
etmәyә çalışsın. Әlbәttә, buna az ehtimal var, inandırıcı
deyil, amma dünyada nәlәr olmur? Tutaq ki, lap balaca
olanda, hәlә heç danışmağı bacarmayanda onun da başına
eyni belә bir hadisә gәlib – vacib deyil hansı şәkildә – vә
belә hesab edәk ki, onu hansı şәkildәsә tәsadüfәn dәyiş-
diriblәr, o, tamamilә başqa ailәyә düşüb, özü dә elә bir
ailәyә ki, qanın tәmizliyi baxımından sәnәdlәri qüsursuz-
dur, yәni bu mәsәlәdә işlәr tam qaydasındadır. Bax bunu
tәsәvvür elәyәndә belә alınır ki, indi o qız özünü başqa
cür hiss etmәliydi vә әlbәttә ki, sarı ulduz taxmalıydı, o
isә, yәni böyük bacı öz doğum şәhadәtnamәsi vә vali-
deynlәri barәdәki kağızlarla özünü başqa adamlar kimi
hiss edәrdi, hәtta nәinki hiss edәrdi, elә başqa adamlar da
ona başqa gözlә baxardılar vә indi o heç bir fәrqlilik
barәdә düşünmәyi ağlına gәtirmәzdi.

Mәncә, bu misal onu xeyli sarsıtdı. Әvvәl sadәcә
susub dinmәdi, sonra isә dodaqlarının ehmalca aralandı-
   34   35   36   37   38   39   40   41   42   43   44