Page 35 - talesiz
P. 35
TALESİZ 35

Şteyner dayı isә israr elәdi ki, avtobusla gedim, çünki,
qocanın tam әminliklә bildirdiyinә görә, avtobus neft-
ayırma zavodunun düz qarşısında dayanır, elektrik qata-
rından düşәndәn sonra isә bir xeyli piyada yol getmәk
lazımdır. Birazdan mәlum oldu ki, düz deyirmiş, haqlıdır.
Amma onda biz bunu bilmirdik vә Fleyşman dayı da
әvvәlcә çox qıcıqlanmışdı. “Axı niyә siz hәmişә onu
istәyirsiniz ki, sonuncu söz siz deyәn olsun?” Axırda
onları barışdırmaq üçün arvadları – iki gonbul qadın
müdaxilә etmәyә mәcbur qaldı, biz dә Annamariya ilә
buna kәnardan baxıb xeyli güldük.

Yeri gәlmişkәn, bu yaxınlarda Annamariya ilә bir
qәdәr qeyri-adi vәziyyәtә düşmüşdüm. Bu, srağagün baş
vermişdi, cümәdәn şәnbәyә keçәn gecә, hava hücumu
zamanı bombadan qorunduğumuz sığınacaqda, daha
doğrusu, sığınacağa aparan zirzәmi pillәkәnlәrinin
birindә. Bu pillәkәndәn çox az istifadә olunur. Әvvәlcә
mәn ona yalnız çöldә baş verәnlәri oradan müşahidә
etmәyin necә maraqlı olduğunu göstәrmәk istәyirdim.
Ancaq biz ora çatanda haradasa yaxınlıqda nәsә partladı
vә qızın bütün bәdәni titrәdi. Bunu çox aydın hiss
edirdim, çünki qorxu içindә o, mәndәn bәrk-bәrk
yapışmışdı: qollarını boynuma dolayıb mәni әmәlli-başlı
qucaqlamışdı, üzünü dә çiynimә sıxmışdı. Sonra tәkcә o
yadımdadır ki, dodaqlarımla qızın ağzını axtardım. İsti,
yaş, bir az yapışqanlı tәmasın dumanlı hissiyyatı mәni
xeyli müddәt tәrk elәmәdi. Qәribә bir heyrәt içindә idim:
axı, necә olsa, bu, mәnim qızla öpüşdüyüm ilk hadisә idi,
özü dә elә bir mәqamda ki, bunu qәtiyyәn gözlәmirdim.

Dünәn pillәkәn meydançasında rastlaşanda isә
mәlum oldu ki, Annamariya da heyrәt içindәdir. “Gü-
nahkar bombadır”, – o, fikirli halda dedi. Mahiyyәt etiba-
rilә haqlıydı. Sonra biz yenә öpüşdük vә öpüşün yadda
lap çox qalması üçün o, mәnә necә elәmәyi öyrәtdi: lazım
idi ki, bu vaxt dil dә müәyyәn rol oynasın.
   30   31   32   33   34   35   36   37   38   39   40