Page 32 - talesiz
P. 32
İMRE KERTES
çünki, – o, әtraflı izahat verdi, – Fransanın şimalına çıxa-
rılan müttәfiq qoşunları orada “almanların taleyini bir-
yolluq hәll edib”.
Ögey anamla bütün mәsәlәlәrdә ümumi dil tapa
bilmişdim. Mәndәn fәrqli olaraq, indi o, işsiz qalmağa,
boş-bikar dolanmağa mәcbur idi. İş orasındadır ki, lap
tәzәlikcә yeni bir sәrәncam çıxmışdı: qanı kifayәt qәdәr
tәmiz olmayanlar ticarәtlә mәşğul ola bilmәzlәr. Bu
sәbәbdәn dükanı bağlamalı olmuşduq. Amma, deyәsәn,
atamın cәnab Şütyoya olan etimadı özünü doğruldurdu:
sabiq hesabdarımız hәr hәftә onun anbarındakından
32 anama düşәn payı sәliqә ilә gәtirib çatdırırdı – atamla
belә danışılmışdı. Elә axırıncı dәfә dә cәnab Şütyo hesab-
da dәqiq olmuşdu vә mәnim bildiyimә görә, sanballı
mәblәği sayıb masanın üzәrinә qoymuşdu. Sonra “hör-
mәtli xanım”ın әlini öpmüş, mәnimçün dә demәyә bir
neçә xoş söz tapmışdı. Hәmişә olduğu kimi, “ağa”nın
kefini әtraflı soruşandan sonra getmәyә hazırlaşırdı ki,
birdәn yadına nәsә düşdü. Üzündә bir az çaşqınlıq vardı.
Portfelindәn bağlama çıxarıb analığıma dedi: “Ümid
edirәm ki, bunlar sizә yararlı ola bilәr”. Bağlamada piy,
qәnd vә başqa nәsә vardı. Onları qara bazardan aldığına
inanmıram: yәqin, yәhudi şәxslәr üçün ixtisar olunmuş
әrzaq payı ilә kifayәtlәnmәk barәdә sәrәncamı eşitmişdi.
Ögey anam imtina etmәk istәdi, ancaq cәnab Şütyo is-
rarla çox üz vurdu. Belә baxanda, bu diqqәtә görә
“hörmәtli xanım” ona irad tuta bilmәzdi ki. İkilikdә qa-
landa ögey anam mәnim dә fikrimi öyrәnmәk istәdi ki,
bu hәdiyyәni qәbul etmәkdә düzmü elәyib. Dedim ki, düz
elәyib, imtina etmәklә cәnab Şütyonun xәtrinә dәymәk,
yәqin, yaxşı çıxmazdı, axı o, bunu tәmiz ürәklә edir.
Ögey anam da belә düşünürdü; hәtta, onun fikrincә,
deyәsәn, atam da onunla razılaşardı. Ümumiyyәtlә isә,