Page 34 - talesiz
P. 34
İMRE KERTES

edәydim, üstәlik, indiki halda, yәni kişinin әmәk
düşәrgәsindә olduğu bir vaxtda. Hәr necә olsa, evә
getmәk üçün tramvaya minәndә halım yaxşı deyildi.
Әlbәttә ki, anama da ürәkdәn bağlıyam vә ondan ötrü bu
gün dә heç nә edә bilmәdiyim üçün vicdan әzabı
çәkirdim.

Yәqin, bu vicdan әzabı hәr dәfә onun yanından
ayrılmağa niyә çox da tәlәsmәdiyimin sәbәblәrindәn biri
idi. Artıq gec olduğunu, getmәk vaxtımın çatdığını axırda
yazıq özü yadıma salmalı oldu; onu nәzәrdә tuturdu ki,
sarı ulduzla küçәdә görünmәyә yalnız saat sәkkizә qәdәr
34 icazә verilir. Amma izah elәdim ki, indi mәnim zavoddan
verilmiş vәsiqәm var, artıq bütün göstәrişlәrә sona qәdәr
әmәl etmәyә mәcbur deyilәm.

Düzdür, tramvaya yalnız axırıncı vaqonun axırıncı
qapısından mindim: müvafiq sәrәncamda belә nәzәrdә
tutulmuşdu. Evә dә axşam saat sәkkizә yaxın gәlib
çatdım, hәrçәnd bu vaxt hәlә hava işıqlı idi – necә olsa,
yayın әvvәliydi. Bir neçә pәncәrәnin qara, yaxud göy
rәngli qapaqları artıq bağlanmışdı. Ögey anam da bir az
narahat olmuşdu, ancaq bu narahatlıq daha çox vәrdişdәn
irәli gәlirdi. Axı, belә baxanda, artıq mәnim vәsiqәm
vardı.

Axşamları, adәtәn, Fleyşmanların evindә keçirirdik.
Qoca Fleyşmanla Şteyner dayı әvvәlki kimi yenә dә
istәnilәn şeyin üstündә mübahisә edirdilәr, amma
eşidәndә ki, mәn işә başlamışam, buna ikisi dә eyni
dәrәcәdә sevindi – әn çox da, әlbәttә ki, vәsiqәyә görә.
Düzdür, sevinәndәn sonra yenә mübahisә üçün mövzu
tapdılar. İş orasındadır ki, nә mәn, nә dә ögey anam
indiyәcәn Çepeldә olmamışdıq vә mәn ilk dәfә ora get-
mәli olduğum üçün yolu qocalardan soruşmaq qәrarına
gәldik. Fleyşman dayı elektrik qatarını mәslәhәt gördü,
   29   30   31   32   33   34   35   36   37   38   39